Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Vallah, bezdik əlinizdən, instaqramın, tiktokun mesaj bölməsinə, maillə, teleqrama, iş nömrəmizə hər gün minlərlə zəng, mesajlar gəlir ki, pul ver, kömək elə, ev al, telefon al, ərə gedirəm, cehizimi al, evimi "remont" elə, faizimi, kreditimi, borcumu ödə və daha nələr..."
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Nüşabə Musayeva sosial media hesabında yazıb.
Müğənni qeyd edib: "Başa düşmürəm bu nə deməkdir? Mən pul kəsirəm?! Yoxsa milyonçuyam?! Hələ iş axtaranları anlaya bilmirəm, mən məşğulluq idarəsinin rəhbəriyəm?! Toy üçün qoymuşuq səhifədəki nömrəni. Bəsdirin əl çəkin, insanı bu qədər bezdirməzlər.
Bu nədir hər gələn əlinə bir kart alıb dilənir, bir də yox deyəndə narazılıq edib şantaj edirlər. Mənim heç kəsin dədəsinə borcum yoxdur, nə də bank üstə oturmamışam. Gedin əziyyət çəkin, işləyin, qazanın. Borc, faiz götürüb kimə xərcləyib, kimlə yemisinizsə, onunla da ödəyin. Yaxşı söz öyrəniblər. Yoruldum variantlarınızdan"
İfaçı bildirib ki, evdən gizlin borca girənlərin günahkarı o deyil:
"Yox" cavabı eşidib qarğış edənlər, söyənlər var, şok oluram, vallah, bu nə sırıqlıq, bu nə üzsüzlük? Heç olmasa imkan olanda Allah xatirinə gücüm çatanı edirəm. Amma bu o demək deyil ki, hər gün məndən 5–10 min nəfərlə pul istəyənlərə onu ödəyəcək imkanım var".
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















