“Nüvə düyməsi hər zaman masamın üstündədir” ABŞ ni belə təhdid etdi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Yaxın Şərqdə davam edən müharibə 10-cu gününə daxil olarkən qlobal gərginlik daha da artır. Bu fonda Şimali Koreya lideri Kim Çen ın ABŞ-yə yönəlmiş diqqətçəkən açıqlamalar verib.
Kim Çen In bildirib ki, ölkəsinin nüvə silahları hər an istifadə olunmağa hazır vəziyyətdədir və ABŞ ərazisinin hamısı Şimali Koreyanın nüvə zərbə radiusu daxilindədir.
“Nüvə düyməsi hər zaman masamın üstündədir. ABŞ-nin bütün əraziləri nüvə zərbəmizin təsir dairəsindədir", - deyə Kim bidirib.
O həmçinin bildirib ki, Şimali Koreya Amerika qitəsindəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən hücum edə biləcək imkanlara malikdir və istənilən nöqtəni vurmaq gücündədir.
Ekspertlər hesab edir ki, Şimali Koreya ilə ABŞ arasında nüvə gərginliyinin yenidən artması təkcə Koreya yarımadasına deyil, ümumilikdə qlobal təhlükəsizlik balansına da ciddi təsir göstərə bilər.
"AzPolitika.info"
Baxış sayı:120
Bu xəbər 09 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















