Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bakı metrosunun problemi yerin üstündədir

Bakı metrosunun problemi yerin üstündədir

News24 saytına istinadən Icma.az xəbər verir.

Son günlər Bakı metrosunda qatarların gecikməsi ilə bağlı problemlər artıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunu sərnişin çoxluğu ilə izah edir. Onun sözlərinə görə, hər vaqon 300-dən çox sərnişin tutumuna malikdir. Sərnişin sayı isə günbəgün artmaqdadır. 

“Bakı Metropoliteni” öz tutumundan daha artıq sərnişin qəbul edir: “Bunun da belə olmasının səbəbi mövcud infrastrukturdan başlayır. Bakı şəhəri böyüyür və inkişaf edir. Bu da bir sıra təzadlara zəmin yaradır. Dünya praktikasına nəzər salsaq, metropolitendə sərnişin daşıyan xətlər müstəqil hərəkət edə bilir. Onun öz elektrik deposu və infrastrukturu olmalıdır. Lakin Bakı metrosunda əsas sərnişin daşıyan "qırmızı" və “yaşıl” xətlər “28 May” stansiyasında birləşirlər. Həmçinin “Bakı Metropoliteni”nin 2 xəttinin cəmi bir deposu var. Bu da metropolitenin müvafiq normalarının pozulmasına səbəb olur.  Əslində isə hər xəttin 20 km-dən bir öz elektrik deposu olmalıdır. Lakin bizim metropolitendə bu imkanlar yoxdur. Bizim metronun “qırmızı” və “yaşıl” xəttində 34 kilometrdən bir elektrik deposu var. Bu səbəbdən də sərnişin sıxlığı və müəyyən nüanslar olanda, hərəkət qrafiki pozulur". 

Yəni anlaşılan odur ki, Bakı metrosunun problemi yerin altında yox, daha çox üstündədir... Yəni yerüstü nəqliyyatın problemidir. 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsinə çox ciddi ehtiyac var: “Yerüstü nəqliyyatdan daha təhlükəsiz və daha rahat olanı yeraltı nəqliyyatdır. Çünki heç bir yerdə kəsişməsi, işıqfor yoxdur, dayanmır və kiməsə yol vermir. Ümumilikdə metro rahat və təhlükəsiz sərnişindaşıma növüdür. Təəssüf ki, Azərbaycanda metro şəbəkəsi çox zəif qurulub. Keçmiş MDB məkanında SSRİ-nin tərkibində olanda Azərbaycana qarşı bu sahədə ögey münasibət olub. Bakının ərazisi Ermənistanın paytaxtı İrəvandan 12 dəfə böyükdür, əhalisi də çoxdur. Lakin İrəvanda, Kiyevdə və Tiflisdə metrostansiyaların sayı Bakıdan daha çoxdur. Göründüyü kimi, Bakıya qarşı həmişə ögey münasibət olub. Bakıda metro stansiyalarını yalnız o məqsədlə tikiblər ki, fəhlələr neft buruqlarına rahat gedib gəlsinlər və neft çıxarsınlar. Bir sözlə, Bakıda sistemli iş görülməyib.  Metro stansiyalarının qurulma şəbəkələrinə nəzər salın:  "İçərişəhər" sonuncu xətt olur. Qara Qarayev istiqamətində, 20-ci sahədə, Bayılda xeyli sayda insan yaşayır, amma metro yoxdur. Həmçinin Sumqayıt-Abşeron və Xırdalan istiqamətində metro xətti yoxdur. Buna görə də Bakı şəhəri üçün 60-a yaxın metro stansiyası lazımdır. Bakının Baş planında nəzərdə tutulur ki, 2040-cı ilə qədər bu rəqəm 46-47-yə çatdırılsın. Bundan sonra 20 yeni metro stansiyası tikilsə, çox böyük dəyişiklik olacaq.  “Koroğlu nəqliyyat mübadilə məntəqəsi”ndə Bakı Nəqliyyat Agentliyi çox ciddi səhvə yol verdi. Bakı kəndlərindən gələn bütün avtobusları həmin məntəqəyə yığdı. Həmin məntəqəyə eyni anda 10 avtobus daxil olanda və onların hərəsindən 50 nəfər düşəndə, bu, 500 nəfər sərnişin deməkdir. 500 nəfər eyni vaxtda metroya daxil olanda onun bu qədər sərnişini daşımağa gücü çatmır. O zaman “Bakı Metropoliteni” də bu məsələnin onlarla müzakirə edilmədiyini etiraf etdi".  

Ekspert bildirir ki, sərnişinlərin çoxluğu və axın etməsinin də müəyyən həll yolları var. Həll yollarından biri odur ki, bəzi avtobusların son dayanacağı “Koroğlu” stansiyası yox, “Qara Qarayev”, “Neftçilər” olsun: “Əvvəl elə idi deyə, "Koroğlu"da o effekt yaşanmırdı. “28 May” stansiyasında da bu hal yaşandı. Çünki "28 May" nəqliyyat mübadilə məntəqəsi artıq işə düşüb və “Koroğlu”da yaşananların eynisi baş verir. Nəticədə bir dəfəyə xeyli sayda sərnişin daşınmasına Bakı metrosunun gücü çatmır. Mən bir ay öncədən bu problemlərin yaşanacağını deyirdim. Çünki həmin ərazi “qaynar nöqtədir”. Buna görə də avtobusların son dayanacağı fərqli-fərqli yerlərdə olmalıdır. Bu məsələlər riyazi hesablama əsasında həll oluna bilər. Xronometraj aparmaq, sorğu keçirmək, gündəlik kameraların nəticələrinə baxmaq lazımdır.  İzləmək lazımdır ki, pik və qeyri-pik saatlarda metroya nə qədər adam daxil olur və s. Onun əsasında intervalı elə təyin etmək olar ki, sıxlıq yaşanmasın. Bunları təhlil etmək çətin deyil. 

2040-cı ilə qədər 20 stansiyanın tikiləcəyini fantastik göstərici kimi qəbul edirəm. Ola bilsin ki, qonşu ölkələrin təcrübəsindən istifadə etsin. Məsələn, orada il ərzində 3 stansiya istifadəyə verilir. Bizdə də 16 il ərzində 20 stansiya tikəcəklərsə, deməli, il ərzində 2-3 stansiya istifadəyə veriləcək. Bizdə isə çox pis təcrübə var. Bir stansiyanı ən tez 3 ilə təhvil verirlər. 8 Noyabr stansiyası 10 ilə başa gəldi.  Halbuki razılaşmada Ceyhun Səlimov küçəsinin bağlanması üçün 3 illik icazə alınmışdı. Nəticədə Tiflis prospekti çökürdü. Yalnız stansiya açılandan sonra yolun yükü azaldı. Hazırda bir neçə stansiyanın tikintisi müəyyən səbəblərə görə dayanıb".

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, “yaşıl xətt” üzrə “Əhmədli”-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar “28 May” stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Sıxlığın tənzimlənməsi bir saat davam edib. 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, qatardakı texniki nasazlıqla bağlı komissiyanın xüsusi araşdırma iclası olacaq: “Metropolitendə bir qayda olaraq istənilən hadisə texniki qaydada araşdırılır. "28 May"da baş verən hadisə ilə bağlı təkcə texniki nasazlıq deyil, həmin vaxt işçi heyətin operativ reaksiyasına, öz vəzifə təlimatına uyğun işləri vaxtında yerinə yetirməsinə, maşinistin doğru qərar verib-vermədiyinə, həmin vəziyyəti operativ qiymətləndirmə sürətinə kompleks baxılır. İlkin olaraq işçi personalının rejimi araşdırılıb. "28 May" sərnişinlərin ən sıx olduğu stansiyalardan biridir və hadisə pik vaxtda baş verib. Maşinist həmin vaxt doğru qərar verib. Sadəcə olaraq, sərnişinlərin vaqonlardan düşürülməsi uzun vaxt aparıb.  

Qatardakı nasazlıqla bağlı deyim ki, həm köhnə, həm də yeni nəsil qatarlarımızda müasir sistemlər quraşdırılır. Bu sistemlər bəzi nasazlıqları öncədən xəbər verir. Dünən də maşinist ötürücüdən bu məlumatları alıb və təlimat qaydalarına uyğun olaraq sərnişinləri dərhal düşürüb. Hazırda ötürücüdə baş vermiş yanlış göstərmə araşdırılır.  Əsas problem odur ki, “28 May” stansiyası “yaşıl” və “qırmızı” xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisə nəticəsində “Dərnəgül” və “İçərişəhər” istiqamətində əsaslı yubanmalar olub.  Bakı şəhərinin Baş planına uyğun olaraq xətlər mütləq ayrılmalı, yeni stansiyalar inşa olunmalıdır. Xüsusən Nərimanov elektrik deposundan başqa Dərnəgül elektrik deposu da inşa olunmalıdır ki, Dərnəgüldən Əhmədli stansiyasına qədər olan sahədə problemlər yaranmasın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri