Icma.az
close
up
RU
Nüvə müharibəsi... Yalnız iki ölkə böyük fəlakətdən qurtula bilər

Nüvə müharibəsi... Yalnız iki ölkə böyük fəlakətdən qurtula bilər

Icma.az, Reyting.az saytına istinadən bildirir.


İsrail-İran qarşıdurması nüvə müharibəsi ehtimalını yenidən müzakirə predmetinə çevirib.
Reyting.az
bildirir ki, araşdırmaçı Enni Yakobsen mümkün nüvə müharibəsi və “kim sağ qalacaq?” sualına təəccüblü cavab verib.
Onun iddiasına görə, nüvə müharibəsindən sonra yalnız Avstraliya və Yeni Zelandiya əkinçiliklə məşğul ola, digərləri ya aclıqdan, ya da radiasiyanın təsirindən ölə bilər.
Araşdırmaçı jurnalist qatıldığı podkast verilişində deyib ki, ABŞ, Rusiya, Çin və İran (?) kimi nüvə güclərinin aparıcı rol oynayacağı müharibədə Şimal yarımkürəsi yaşayış üçün tamamilə yararsız hala düşəcək.
Yakobsenin fikrincə, Ukrayna kimi əkinçilik bölgələri on il qarlı səhralara çevriləcək və “nüvə qışı” fenomeninin bəşəriyyət üçün ölümcül nəticələri olacaq.
Araşdırmaçının istinad etdiyi məlumatlar 2022-ci ildə “Nature Food” jurnalında dərc edilən elmi araşdırmaya əsaslanır. Bu araşdırmaya görə, dünyada 5 milyard insan tammiqyaslı nüvə müharibəsindən sonra aclıqdan ölə bilər.
Qeyd olunur ki, nüvə bombalarının yaratdığı yanğınlar və partlayışlar atmosferə yüksələn tüstü ilə birlikdə Günəş işığının qarşısını alacaq. Bu “qara pərdə” effekti temperaturu 40 dərəcə aşağı salacaq və kənd təsərrüfatını qeyri-mümkün edəcək.
Mütəxəssislərin fikrincə, insanlar açıq havaya çıxa bilməyəcək, hətta Günəş işığı belə ölümcül olacaq.
“Ozon təbəqəsi məhv olacaq, insanlar Yerin altında gizlənməli olacaqlar”,- deyə Yakobsen izah edib.
O, əlavə edib ki, sağ qalmaq şansı olan ən yüksək yerlər - Avstraliya və Yeni Zelandiyadır. Bu, təkcə onların uzaq və təcrid olmalarına görə deyil: Əkinçilik üçün yararlı torpaqları var, radiasiyanın təsirindən uzaqdırlar və Şimal yarımkürəsində baş verən partlayışlardan qaynaqlanan küləklər və okean axınları bu bölgələrə çatmır.
Avstraliyaya qaça bilməyən amerikalılar unudulmuş nüvə sığınacaqlarını yenidən gündəmə gətiriblər. Mütəxəssislərin fikrincə, yaxşı sığınacaqda qalın beton və ya polad divarlar, radiasiyanı süzən ventilyasiya sistemləri, həftələrlə davam edə biləcək qida və su ehtiyatları, tullantıların idarə olunması və əsas rahatlıq sahələri olmalıdır.
Yakobsen keçən il nəşr etdiyi kitabında nüvə müharibəsinin ilk dəqiqəsindən sonrakı dəqiqəyə qədər nələrin baş verə biləcəyini təfərrüatı ilə izah edərək, “İlk dəqiqədə yüz milyonlarla insan öləcək. Amma insanlar daha çox aclıqdan dünyalarını dəyişəcəklər”,- ifadəsini işlədib.
Qeyd edək ki, nüvə müharibəsində insan həyatı üçün təkcə texnologiya deyil, həm də coğrafiya önəmlidir. Bəziləri üçün bu tale Avstraliya sahillərində başlaya bilər.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri