Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Nüvə silahı haramdırsa, İran ona niyə can atır?

Nüvə silahı haramdırsa, İran ona niyə can atır?

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekspertlər cənub qonşumuzu ehtiyatlı olmağa çağırır; İraq nümunəsi təkrarlana bilər
İran rəsmi olaraq nüvə silahı istehsalından imtina etdiyini bir daha bəyan edib. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai ölkəsinin heç bir halda nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib. O, bu mövqeyin İranın milli strategiyasının ayrılmaz hissəsi olduğunu qeyd edib.

“İran heç vaxt və heç bir şərtlə nüvə silahı istehsalı yoluna getməyəcək. Bu, ali lider ayətullah Əli Xameneinin fətvasına əsaslanan mövqeyimizdir. Bu məsələdə heç bir şübhə və qeyri-müəyyənlik ola bilməz”, - deyə Baqai vurğulayıb.

İran prezidenti Məsud Pezeşkian isə ABŞ-la danışıqlar məsələsinə toxunaraq deyib ki, Tehran “özünü alçaltmaq niyyətində deyil, lakin nüvə silahı yaratmaq da istəmir”.

“ABŞ kimi bir ölkə bizə hər tərəfdən təzyiq edəndə, hər gün bizi təhdid edəndə, biz bu ölkə ilə necə danışıqlar apara bilərik? Biz danışıqlara inanırıq, amma özümüzü alçaltmayacağıq, nəyin bahasına olursa-olsun danışıqlar aparmayacağıq. Biz müharibə, qeyri-sabitlik, nüvə bombası istəmirik, dünyanı başqa daha necə inandıraq?”, - Pezeşkian deyib.

Qeyd edək ki, Qərb dövlətləri uzun müddətdir İranın nüvə fəaliyyətindən narahatdır. Tehran isə bu fəaliyyətin dinc məqsədlərə xidmət etdiyini israrla bildirir.

İran rəsmilərinin hansı biri düz deyir, hansına inanmaq olar?

Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir

Azər Badamov

Yeni Azərbaycan Partiyasının deputatı Azər Badamov “Yeni Müsavat”da diqqətimizə çatdırdı ki, İranın nüvə proqramı ABŞ-da narahatçılıq doğurmaqda davam edir: “18 oktyabr 2025-ci ildə "Birgə hərtərəfli fəaliyyət planı"nın müddəti başa çatmaq üzrədir. ABŞ nüvə proqramından imtina etdirmək üçün İranla danışıqlar aparmaq istəyir. Artıq vasitəçinin iştirakı ilə şənbə günü Omanda ABŞ-İran danışıqlarının baş tutacağı bildirilir. Təbii ki, bütün mübahisəli məsələlər dialoq yolu ilə həllini tapmalıdır. Trampın siyasətində yeni müharibələr yox, dialoq və ya iqtisadi alətlər vasitəsilə məcbur etmə siyasəti əsas yerdə dayanır. Bu baxımdan İran-ABŞ danışqlarının müsbət nəticələnəcəyini hesab edirəm. İran rəsmiləri ölkəsinin nüvə silahının yaradılması proqramının olmadığını və Xameneinin fətvasına görə nüvə silahının islamda haram olduğunu bildirir. Həm də nüvə proqramının ancaq dinc məqsədlər üçün olduğunu açıqlayır. Amma sual yaranır ki, nüvə silahının yayardılması proqramı yoxdursa, uranın 60%-dək zənginləşdirilməsi nəyinə lazımdır? Təbii ki, bu sual Qərbi düşünməyə vadar edir. Bu baxımdan Tramp administrasiyası ilə rəsmi Tehran arasında dialoqun qurulması və məsələlərə aydınlıq gətirilməsi vacibdir. Əgər İranın bombalanması baş verərsə, regionumuza yeni müharibələr və çətinliklərin gəlməsi qaçılmaz olacaq. Dünya müharibələrdən yorulub. Bu baxımdan İran-ABŞ dialoqunun davam etdirilməsini ən düzgün yol hesab edirəm".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı cənub qonşumuzun ehtiyatlı olmasını çox vacib sayır: “Ağıllı dövlət rəhbəri hər zaman öz xalqını qorumalıdır. Yanlış qərarlar öz xalqını və dövlətini ən ağır vəziyyətə sala bilər. İran rəsmiləri bilməlidirlər ki, Amerika ilə bütün göstəricilərlə müharibə aparmaq iqtidarında deyillər. Müharibə baş verərsə, ABŞ İrana çox böyük ziyanlar vura bilər. İranla tək Amerika deyil, İsrail və ABŞ, ən yaxın müttəfiqləri müharibə aparacaq. Xatırlayırsınızsa, ABŞ nüvə adı ilə İraqa müharibə elan etdi və qısa müddət ərzində Səddam rejimini devirdi və Səddamı edam etdi. İndi İran rəsmiləri ABŞ-ın əlinə bəhanə verməməlidir. Bütün dünyanın gözü qarşısında, şəffaf şəkildə Amerika ilə danışıqlar aparmalıdır. Amerika xalqına göstərməlidirlər ki, bizdə nüvə yoxdur və buna görə müharibə etmək olmaz. Bir haşiyə çıxım, heç kim dəqiq proqnoz verə bilmirdi ki, Putin Ukraynaya ordu yeridə bilər. Ancaq bu baş verdi. Zelenskinin təcrübəsizliyi səbəbindən Ukrayna xalq böyük itkilərlə qarşılaşdı. Müharibənin başlanmasını təşkil edən Amerika və Qərb artıq Zelenskini məcbur edir ki, Rusiyanın xeyrinə güzəştə getməlidir. Sonda bu olacaqdırsa, 3 il mənasız yerə müharibə etmək və böyük itkilər vermək kimə lazım idi?! Bunu ona görə nümunə göstərirəm ki, İran liderləri mənasız yerə müharibəyə getməməlidilər. Ancaq bu gün biz ABŞ Prezidenti Trampın İsrail prezidentini qəbul etdikdən sonra İranla bağlı verdiyi bəyanatı gördük. Tramp bildirir ki, İran danışıqlar aparsa, bu, İranın maraqlarına cavab verəcək. 30 ildən artıqdır ki, Amerika və Qərb İrana sanksiya tətbiq edir. İran neftlə zəngin bir ölkədir. Tramp ola bilsin, düşünür ki, danışıqlardan imtina edib, İrana hücum edərək, onun təbii sərvətlərini ələ keçirsin, İraqdakı kimi. Bu hiylədən İran yayınmalıdır. İran rəsmiləri indiki məqamda verdikləri bütün bəyanatların məsuliyyətini başa düşməlidirlər. Ağızlarına gələni danışmamalıdılar. Nüvənin ziyan və ya xeyrinə gəldikdə isə nüvəyə sahib olan dövlət özlərinin təhlükəsizliyini məhz nüvəyə sahib olmaları ilə təmin ediblər. Kimin əlində nüvə varsa, o dövlətlə, təhdidlə, işğal etmək hədəsi ilə danışmaq olmur. Nüvə dövlətinə sahib olan Şimali Koreya ilə Amerika hansı dillə danışır? Amerika vaxtilə dünyanın üçüncü nüvə dövləti olan Ukraynanın əlindən nüvə silahını alıb, Rusiyaya verməsəydi, Rusiya Ukraynaya hücum edərdi? Əlbəttə ki, yox! Nüvə dövlətinin üstünlüyü həm də budur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri