Icma.az
close
up
RU
Nvidia nın rəhbəri: Tanrı səviyyəsində süni intellekt mümkün deyil

Nvidia nın rəhbəri: Tanrı səviyyəsində süni intellekt mümkün deyil

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Nvidia"nın baş icraçı direktoru Censen Huan inkişaf etmiş süni intellekt (Al) ətrafında gedən müzakirələrə toxunaraq, ictimaiyyətdə zaman-zaman səsləndirilən "tanrı səviyyəsində süni intellekt” ideyasının mövcud texnologiyalarla mümkün olmadığını deyib.

Qaynarinfo xəbər verir ki, Huanın fikrincə, bu gün heç bir tədqiqatçı insan dilini, molekulyar strukturları, zülal ardıcıllıqlarını və ya fizikanı tam şəkildə anlayan, bütün sahələrdə mükəmməl səriştəyə malik bir süni intellekt sistemi yarada biləcək vəziyyətdə deyil. Belə bir sistemin mövcud texnologiyadan xeyli uzaqda olduğunu vurğulayan Huan yaxın gələcəkdə ortaya çıxacağına dair iddiaları da real hesab etmədiyini bildirib.

Şişirdilmiş süni intellekt qorxusu sektora ziyan vurur

Censen Huan xüsusilə sosial mediada və bəzi şərhçilər arasında yayılan "qiyamət ssenariləri”ni tənqid edib. Süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə olduğu yönündəki fikirlərin həm texnologiya sektoruna, həm də cəmiyyətə ciddi zərər verdiyini qeyd edib.

"Heç bir tədqiqatçının tanrı səviyyəsində süni intellekt yarada biləcək məntiqli bir potensialı yoxdur. Belə bir süni intellekt artıq mövcud deyil", deyə Huan bildirib. 

Onun sözlərinə görə, süni intellekti elmi-fantastik narrativlərlə əlaqələndirmək hökumətlərin, işçilərin və şirkətlərin real problemlərə həll tapmasına töhfə vermir.

Diqqət mərkəzi: Praktik və faydalı tətbiqlər

"Nvidia” rəhbərinə görə, əsas diqqət süni intellektin konkret və faydalı istifadə sahələrinə yönəlməlidir. Huan bildirib ki, AI insan məhsuldarlığını artıran bir vasitə kimi dəyərləndirilməli, qorxu əsaslı yanaşmalar əvəzinə real gözləntilər formalaşdırılmalıdır.

Bu çərçivədə süni intellekt və robotların işçi çatışmazlığı yaşanan sahələrdə dəstəkləyici rol oynaya biləcəyini deyən Huan bu sistemləri "AI miqrantları” kimi xarakterizə edib. Onun fikrincə, süni intellekt insanın yerini tutmaq yox, mövcud işçi qüvvəsini tamamlayan və səmərəliliyi artıran köməkçi rolunu oynayır.

Təsiri məhdud, gözləntilər isə yüksəkdir

Digər tərəfdən, Stenford Universiteti və "Fortune” tərəfindən yayımlanan hesabatlar süni intellektin son illərdə iş elanlarına təsirinin məhdud olduğunu göstərir. Hesabatlarda bir çox AI alətinin şirkətlərin əməliyyat proseslərində və ya maliyyə göstəricilərində ölçülə bilən ciddi fərq yaratmadığı da qeyd olunur.

Huan "tanrı səviyyəsində” vahid və mərkəzləşdirilmiş süni intellekt ideyasına şəxsi olaraq da qarşı olduğunu bildirib. Belə bir sistemin bir şirkətin, ölkənin və ya qurumun nəzarətində olmasını "son dərəcə faydasız” adlandıran "Nvidia” rəhbəri, sektorun bu gün insanlara real fayda verən kiçik, lakin mənalı inkişaflara fokuslanmalı olduğunu vurğulayıb.

"Meta” kimi şirkətlər dünya üzrə nüvə enerjisi ilə işləyən iri məlumat mərkəzləri quraraq AI infrastrukturunu genişləndirməyə davam etdiyi bir vaxtda, Huana görə, əsas məsələ məsuliyyətli inkişaf yanaşması və şişirtmədən uzaq, realist gözləntilərdir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri