Icma.az
close
up
RU
Nvidia nın rəhbəri: Gələcəkdə hər bir şirkət süni intellekt fabriki olacaq

Nvidia nın rəhbəri: Gələcəkdə hər bir şirkət süni intellekt fabriki olacaq

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu həftə "Nvidia"nın baş icraçı direktoru Censen Xuana şirkətin süni intellekt konfransında geniş müzakirələrə səbəb olacaq bir açıqlama verib. Xuana bildirib ki, gələcəkdə hər bir şirkət bir "süni intellekt fabriki"nə çevriləcək. Bu böyük vizyon biznes dünyasında müxtəlif sahələrdə uğur qazanmaq üçün bir yol xəritəsi təqdim edir. Bəs bu necə mümkün olacaq? Xuananın fikirlərinə və bu yanaşmanın dərin mənasına nəzər salaq.

Qaynarinfo xəbər verir ki, ötən il süni intellekt startaplarından biri olan "Vercel"in baş icraçı direktoru Gilermo Raux ilə söhbət zamanı Xuana süni intellektdəki tokenlərin əhəmiyyətindən danışaraq, "hər bir şirkət bir token fabriki olacaq" ifadəsini işlətmişdi. İndi bu açıqlama daha mənalı görünür və iş dünyasında inqilabi bir yanaşmanı təmsil edir.

Token nədir?

Süni intellektin əsas elementi məlumatlardırsa, tokenlər bu məlumatların dilidir. Süni intellekt modelləri, sözləri və digər girişləri daha asan emal edə bilmək üçün onları rəqəmsal tokenlərə çevirir. Bir token adətən bir sözün üçdə biri uzunluğundadır. Bu dil süni intellektin dünyanı başa düşməsi və onunla qarşılıqlı əlaqə qurması üçün həyati əhəmiyyət daşıyır.

Məsələn, "Nvidia"nın nümunəsində "darkness" (qaranlıq) sözü süni intellekt tərəfindən "dark" və "ness" olaraq iki fərqli tokenə bölünür. Bu tokenlər modelin sözün mənasını və kontekstini daha yaxşı anlamasına kömək edir. Eyni qaydada, "brightness" (parlaqlıq) sözü də fərqli tokenlərə çevrilir, lakin burada "655" sayı hər iki sözdə yer alır və süni intellektə bu sözlərin bir-birinə yaxın mənalar daşıdığını bildirir.

Süni intellekt modelləri bu tokenlər vasitəsilə öyrədilir, optimallaşdırılır və işləyir. Əslində, məlumatları idarə etmənin yeni üsulu kimi, kompüterlər deyil, tokenlər daha önəmli hesab edilə bilər. Bütün məlumatlar süni intellekt modelini təlimləndirmək və çalışdırmaq üçün tokenlərə çevrilir. Məhz bu yanaşma, texnologiya dünyasında iş proseslərini köklü şəkildə dəyişəcək.

Süni intellekt fabrikləri

Censen Xuana Gilermo Raux və digər texnologiya liderləri hesab edirlər ki, gələcəkdə uğurlu olmaq üçün daha çox token istehsal etmək əsasdır. Yəni, şirkətlər yalnız məhsul istehsal etməklə kifayətlənməyəcək, eyni zamanda tokenlər yaradan fabriklərə çevriləcəklər. Bəs token istehsalı nə deməkdir? Şirkətlər süni intellekt sistemlərini inkişaf etdirmək və təkmilləşdirmək üçün tokenlərdən istifadə edərək daha səmərəli və ağıllı məhsullar və xidmətlər təqdim edəcəklər.

Xuana "GTC" konfransında bu barədə belə danışıb: "Mən bunu süni intellekt fabrikləri adlandırıram. Çünki bu fabriklərin əsas işi yüksək keyfiyyətli tokenlər istehsal etməkdir. Biz bu tokenləri daha sonra musiqi, sözlər, videolar, elmi araşdırmalar, kimyəvi maddələr və ya proteinlər kimi müxtəlif sahələrdə tətbiq edirik".

Bu yanaşmaya əsasən, hər bir sənaye və şirkət yalnız məhsul istehsal edən zavoda deyil, həm də bir "süni intellekt fabriki"nə sahib olacaq. Bu, iş dünyasında radikal dəyişikliklərə səbəb ola bilər. Xuana bunu avtomobil sənayesi ilə müqayisə edərək belə izah edib: "Bir avtomobil fabriki var, amma süni intellekt fabriki də olacaq. Bu fabrikdə, avtomobillərin istehsalında istifadə edilən süni intellekt texnologiyası da inkişaf etdiriləcək".

"Nvidia" "General Motors" ilə əməkdaşlıq edərək bu vizyonu gerçəkləşdirməyə çalışır. GM-in avtomobil istehsalında süni intellektdən istifadə etməsi və nəqliyyat vasitələrinin avtonomlaşdırılması bu yeni texnologiyanın avtomobil sənayesində necə yer tapa biləcəyinə dair mühüm bir nümunədir.

"Tesla"nın vizyonu

Xuananın açıqlamalarını bir qədər daha dərindən analiz etsək, "Tesla"nın strategiyası da bu yanaşmaya uyğun gəlir. "Tesla"nın elektrikli avtomobilləri şəhərlərdəki sensorlar vasitəsilə böyük həcmdə məlumat toplayır. Bu məlumatlar süni intellekt tərəfindən emal olunaraq tokenlərə çevrilir və avtonom sürüş proqramlarının təkmilləşdirilməsində istifadə edilir. Bu, daha dəqiq və təhlükəsiz sürüş qərarlarının qəbul edilməsinə kömək edir.

Maşın öyrənmə mühəndisi və süni intellekt üzrə məsləhətçi Ceyson Liu bildirir ki, "Tesla"nın yanaşması "Waymo"nun metodundan daha effektivdir. "Waymo" illərdir qapalı laboratoriya şəraitində testlər apararkən, "Tesla" avtomobillərini yollara buraxaraq real vaxt rejimində məlumat toplayır və bu məlumatları daha sürətli işləyərək süni intellekt modellərini təkmilləşdirir. Bu şəkildə hər yeni avtomobil daha çox məlumat və token istehsal edərək süni intellektin inkişafına töhfə verir.

Liunun fikrincə, token istehsalı şirkətlər üçün olduqca faydalı ola bilər. Məsələn, bir şirkət mühüm bir qərar qəbul edərkən, bu prosesin arxasında aylarla davam edən iclaslar, mesaj mübadilələri və videokonfranslar dayanır. Şirkətlər bu müzakirələri tokenlərə çevirərək süni intellekt sistemlərinə daxil edə bilərlər. Bu tokenlər isə gələcəkdə daha düzgün və məlumatlı qərarlar qəbul etməyə kömək edəcək.

Token fabrikləri

"Vercel" bu yanaşmanı öz məhsullarında tətbiq edir. Şirkətin "v0" adlı aləti, istifadəçilərin ingilis dilində müəyyən etdiyi tələbləri alaraq onları bir tətbiqə çevirir. Burada yaradılan hər bir element bir token hesab edilir və süni intellektə ötürülür.

"Vercel" həmçinin müştərilərindən biri olan "OpenEvidence"i nümunə gətirir. Bu şirkət süni intellektdən istifadə edərək müxtəlif tibbi araşdırmaları bir araya gətirir və həkimlərə daha faydalı və istifadəyə yararlı məlumatlar təqdim edir. "Onların tokenləri, həkimlərin daha düzgün qərarlar verməsi üçün lazım olan tibbi biliklərdir", deyə Raux bildirir.

Nəticə

Gələcəkdə şirkətlərin əsas məqsədi, istehsal etdikləri məhsul və topladıqları bilikləri tokenlərə çevirmək olacaq. Bu tokenlər süni intellektin təlim prosesinə daxil edilərək daha güclü və effektiv sistemlərin yaranmasını təmin edəcək. Beləliklə, hər bir şirkət bir növ "token fabriki"nə çevriləcək və süni intellektin mərkəzi hissəsinə çevriləcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri