NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun siyasətini dəyişdirə biləcək və Kubada hökumətə rəhbərlik edə biləcək hazırkı və ya keçmiş hökumət rəsmisini axtarır.
Bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ administrasiyası xüsusi xidmət orqanlarına Venesuelada Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesə bənzər namizəd tapmağı tapşırıb.
Məlumata görə, ABŞ rəsmiləri Rodriqesi Vaşinqtonla əməkdaşlığa hazır olan və ölkənin idarəçiliyini problemsiz şəkildə üzərinə götürə biləcək praqmatik siyasətçi hesab ediblər.
ABŞ administrasiyasının bəzi nümayəndələri Kubada da belə praqmatik liderin tapıla biləcəyini düşünür. Lakin ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Kubanın Vaşinqtonla əməkdaşlığa hazır olmaması ölkəni Venesueladan daha çox İrana yaxınlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Avqust 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















