Kubanın XİN rəhbəri ABŞ ni ağır nəticələrlə xəbərdar etdi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib ki, ABŞ-nin adaya mümkün hərbi hücumu humanitar fəlakətlə nəticələnə bilər.
Moderator.az TASS-a istinadən xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"ABŞ-nin Kubaya qarşı hərbi təcavüzü əsl humanitar fəlakətə və qan gölünə çevrilər, hər iki ölkənin vətəndaşları həlak olardı. Belə bir ssenariyə yalnız öz övladlarını və ailələrini müharibəyə göndərməyən siyasətçilər rəvac verə bilərlər", - deyə nazir vurğulayıb.
XİN rəhbəri qeyd edib ki, ABŞ kimi fövqəldövlətin özü üçün heç bir təhlükə yaratmayan kiçik bir adaya hərbi zərbə endirməsi üçün heç bir əsası yoxdur. O, hakimiyyəti dəyişmək cəhdlərinin hərbi müdaxilə üçün bəhanə ola bilməyəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə Kubaya müdaxilə ehtimalını gündəmə gətirib. Havana isə öz növbəsində ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumağa tam hazır olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 May 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















