Nyukasl ın futbolçusu: Qarabağ qeyri adi komandadır
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Nyukasl"ın futbolçusu Antoni Elanqa UEFA Çempionlar Liqası pley-off mərhələsinin sabah "Qarabağ"la keçiriləcək ilk oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, isveçli vinger Azərbaycan çempionunun qeyri-adi komanda olduğunu deyib:
"Qarabağ" qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. "Qarabağ"ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. "Qarabağ"ın "24-lük"də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. "Kopenhagen" və "Çelsi" ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında asan rəqib yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Fevral 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















