“Nyukasl”ın futbolçusu: “Qarabağ” çətin rəqibdir”
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yarımmüdafiəçi Ceykob Merfi "Nyukasl"ın "Qarabağ"la Çempionlar Liqasının cavab matçı barədə fikirlərini bölüşüb (ilk oyun 6:1).
Bizim.Media xəbər verir ki, Merfi öz açıqlamasında Bakıda keçirilən matça da toxunaraq bunları qeyd edib:
"Bu möhtəşəm idi! Eyni zamanda bir rahatlama hissi idi. Bir neçə il əvvəl Çempionlar Liqasında oynamağı xəyal edirdim və “San-Siro”da debüt etmişdim. Kiçik bir köməklə nəhayət bunu bacardım! Yenidən evimizdə, azarkeşlərimiz qarşısında oynamaq xoşdur. Bilirik ki, asan oyun olmayacaq, hələ çox iş var, amma sadəcə geri dönməyimizə şadıq.
Bakıdakı matç hər şeyin bizim üçün mükəmməl alındığı və performansımızı ən yüksək səviyyədə təqdim etdiyimiz bir oyun idi. Ümumi götürsək, "Qarabağ" çətin rəqibdir. Montiel müdafiənin arxasına sızmağı yaxşı bacarır. Lakin evdə oynayırıq və ilk matçdakı nəticəni qoruyub saxlamalıyıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















