Icma.az
close
up
RU
“O heykəli atam sifariş edib” Anar heykəltətaş qızının iradlarından inciyib?

“O heykəli atam sifariş edib” Anar heykəltətaş qızının iradlarından inciyib?

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bir təklif irəli sürdüm, bilmədim ki, bu qədər böyüyər. Hər şeyi qalmaqala çevirirlər. Restoranın da yerini çətin dəyişələr. Orada da cəmi 2 dəfə olmuşam. Müdürü də iddia edir ki, daima gedib orada oturub yemək yeyirəm. Ona görə də restoranın işinə qarışmıram”.

Bu sözləri “Yeni Sabah”a  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

Xalq yazıçısı bildirib ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması yaxşı görüntü yaratmır:

“Mən yenə də o fikirdəyəm ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması düzgün deyil. Təklif edirəm ki, Şəhriyar klubu ilə üz-üzə olan Pedaqoji Universitetin bağçasına köçürülsün. Həm universitetə yaxındır, həm də görməli yerdir".

O, heykəlin müəllifi mərhum Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyovanın iradlarını cavablandırıb:

"Əsməri də çox istəyirəm. Toğrul Nərimanbəyovun qızıdır. Elmiranı da çox istəyirdim. O heykəli də atam (Rəsul Rza - red.) sifariş edib. Elmira xanımdan xahiş etdi, orada Zərdabinin heykəlini ucaltdılar. Atam sonra Ensiklopediyadan getdi, heç heykəli də görmədi. Lakin təşəbbüs onun idi.

Təklif etdim. Qəbul edərlər-etməzlər, canları sağ olsun. Əsmər də məndən nahaq inciyir. Bilir ki, onların ailəsinə böyük hörmətim var”.

Xatırlatma: AYB-nin sədri Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib.

Həsən bəy Zərdabinin abidəsinin müəllifi, Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova bu təklifə etirazını bildirib.

O qeyd edib ki, abidənin yerinin dəyişdirilməsi onun müəllifinə, yəni anası, Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı hörmətsizlikdir:

"İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, anama, Azərbaycanın Əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir.

Dünyanın hər yerindəki abidələr şəhərləri bəzəyib; onların ətrafında və ya yaxınlığında restoranlar və başqa hər şey tikilə bilərdi. Bu, onları heç də korlamadı. Əgər bir şey sizi narahat edirsə, o restorana diqqət yetirin və onu başqa yerə köçürün. Mövcud nizam pozulmamalıdır; bu abidə öz üslubu və kompozisiyası ilə köhnə şəhərlə bağlıdır. Vəziyyəti bu qədər az insanın başa düşməsi təəssüf doğurur"..

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri