Icma.az
close
up
RU
“O pullar Azərbaycana gətirilsə, iki bina tikdirəcəyəm” Ağamusa Nağıyevin nəvəsi

“O pullar Azərbaycana gətirilsə, iki bina tikdirəcəyəm” Ağamusa Nağıyevin nəvəsi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milyonçu Ağamusa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva babasının İsveçrə banklarında olan pulları Azərbaycana gətirilərsə, iki bina tikdirəcəyini bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, APA-ya müsahibəsində danışıb. 

O bildirib ki, bununla bağlı 1995 və 2000-ci ildə dövlətə də müraciət edib: “İsveçrə, Britaniya banklarında olan pulları Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam. Bu barədə dövlətə də müraciət etmişəm. Heç bir cavab yoxdur. Demişəm ki, dövlət Musa Nağıyevin İsveçrə banklarında olan vəsaitini geri qaytarsın, mənə çatan faizi özümə versin, qalanı dövlət büdcəsinə keçsin. Amma nəticəsi olmayıb”.

Dilarə Nağıyeva əlavə edib ki, Musa Nağıyev dövlətə 98 bina verib: “Ovaxtkı Şaumyan, indiki OMD xəstəxanası onundur, Sabunçu xəstəxanası onundur, “Semaşko” onundur”.

O, həmçinin Hacı Zeynalabdin Tağıyev kimi Ağamusa Nağıyevə də heykəl qoyulması və haqqında film çəkilməsini istədiyini qeyd edib: “Tağıyevə heykəl qoyulanda mən həm sevindim, həm də kədərləndim.13 il Tarix İnstitutunda işləmişəm, “Ağa Musa Nağıyevin xeyriyyəçiliyi, ictimai fəaliyyəti və sahibkarlığı” adlı dissertasiyamı orada müdafiə eləmişəm. O vaxtı biz Tarix İnstitutunda belə bir layihə ilə müraciət etmişdik ki, milyonçulara heykəl qoyulsun. Tağıyev otursun faytonda, faytonun sağında Ağamusa Nağıyev, solunda Şəmsi Əsədullayev, arxada Dadaşovlar, Aşurbəyovlar, Murtuza Muxtarov və başqa milyonçular olsun. Nədənsə bu heykəl məsələsi lotereya kimi düşdü Bəhram Bağırzadənin öhdəsinə, o da Tağıyevə heykəl qoyulması üçün təşəbbüs göstərdi. Amma çox kədərləndim ki, bu layihə keçmədi. Buna baxmayaraq, sevinirəm ki, Tağıyevə heykəl qoyulub, çünki o da Azərbaycanımızı təmsil edən milyonçudur. Tağıyevin də zəhməti çox olub. Əlbəttə istəyərəm, Musa Nağıyevin də Tağıyev kimi Bakıda heykəli ucaldılsın. Düzdür, qəbrinin üstündə büstü qoyulub. İstəyərəm ki, Musa Nağıyev barədə də film çəkilsin”. 

Qeyd edək ki, Dilarə Nağıyeva 1940-cı ildə Dərbənddə anadan olub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb, burada təhsil alıb, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında, Azərbaycan SSRİ dövründə Ticarət Nazirliyində çalışıb. Hazırda Musa Nağıyev irsinin araşdırılması ilə məşğuldur, 10-a yaxın kitabın müəllifidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri