Icma.az
close
up
RU
Cəsur ürək Dilarə Ağamusa yazır

Cəsur ürək Dilarə Ağamusa yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Dilarə AĞAMUSA
Tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist 

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror aktı törədildi. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla səfirliyin binasına soxulub təhlükəsizlik postunu yardı, səfirlik əməkdaşlarına atəş açdı. Terror nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirildi, xidmətin iki nəfər əməkdaşı yaralandı. Silahlı  hücum zamanı mühafizəçi Vasif Tağıyev öz vəzifə borcunu  yerinə yetirərkən həyatını təhlükəyə atdı. Baş verə biləcək böyük faciənin qarşısını almaq üçün  şücaət göstərən Vasif Tağıyev terrorçunu zərərsizləşdirərək, aldığı güllə yaralarına baxmayaraq, hücuma məruz qalan insanların həyatını xilas etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 fevral 2023-il tarixli sərəncamı ilə insanların həyatı və sağlamlığı üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən igid və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlunu 1-ci dərəcəli "Rəşadət" ordeni, Əsgərov Orxan Rizvan oğlunu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlunu isə "Vətən uğrunda" medalı ilə təltif etdi.

Vasif Natiq oğlu Tağıyev 1989-cu il martın 24-də Şuşa şəhərində anadan olub. Atası Natiq Tağıyev müharibə veteranı, anası Təranə xanım Tağıyeva isə tibb işçisidir. Tağıyevlər ailəsi 1992-ci ilin mayında Şuşanın işğalı ilə əlaqədar Tağıyevlər ailəsi Bakı şəhərinə  köçüb. Vasif Xocalının Pirşağa kəndindəki 2 nömrəli tam orta məktəbi bitirib, 2007-ci ildə hərbi xidmətə çağırılıb. Qarabağa, Şuşaya olan sevgisi onu Milli Qvardiya  sıralarında xidmətə aparıb, layiqli xidmətinə görə valideynləri təşəkkürnamə alıb. 

Qəhrəmanımız Vasif Tağıyevin anası Təranə xanımla ilk dəfə  İkinci Fəxri xiyabanda - şəhid Orxan Əsgərovun ildönümündə  görüşdüm. Təranə xanım  özünəməxsus azərbaycanlı şirinliyi ilə diqqətimi çəkdi. İlk dediyi bu oldu ki, kaş bizim Orxan da yaralanaydı, amma sağ qalaydı. Çox heyif.

Bəli, Orxan Əsgərovun şəhadət baharında vəfat etməsi ilə iki övladı  atasız, valideynləri oğulsuz, gənc  həyat yoldaşı isə arxa-dayaqsız  qaldı. Terror aktında qəhrəmancasına həlak olmuş baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbir diləyirik!

Təranə xanımın hadisə baş verən günləri xatırlayır: "O günləri xatırlamaq çox çətindir. Yanvarın 27-də səhər tezdən Vasif mənə zəng edərək, "Ana, mən növbəyə gedirəm, internet zəifdir, ona görə də hər dəfə əlaqə saxlamaq mümkün olmur, məndən nigaran olmayın" dedi. Hadisə baş verən zaman işdə idim. Həyat yoldaşım telefonlar bu xəbəri mənə verəndə sanki dünyam alt-üst oldu. Dedim ki, oğlumla görüntülü telefon bağlantısı etməsəniz, onun özünü görməsəm, ölərəm. Ağ köynəyinin, üzünün qana bulaşdığını gördüm.  Bu anları yaşadım... Çənəsindən aldığı güllə yarasından bir neçə dəfə əməliyyat olunan Vasifim  xoşbəxtlikdən 9 saat davam edən son əməliyyatdan salamat çıxdı. Allah mənə onu yenidən bəxş etdi.

Biz Şuşadan çıxanda Vasifin 3 yaşı vardı. Torpaqlarımız işğaldan azad olunanda Vasifin sevinci aşıb-daşırdı, çünki onun mayası o torpağın suyundan bəhrələnmişdi. Oğlumuz vətənpərvər olduğundan işinin də ustası oldu, Tehranda baş vermiş hadisədə terrorçu ilə sona qədər əlbəyaxa olub mübarizə apardı".

Vasif Tağıyev 2009-cu ildən Əlahiddə Ümumqoşun Ordusunda, 2015-ci ildən Azərbaycan Respublikasının Tehran, Moskva, İstanbul, Gürcüstan səfirliklərinin Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb, dəfələrlə "Qüsursuz xidmətə görə" medalı ilə  təltif edilib.

Həyatlarını xilas etdiyi səfirlik əməkdaşlarının valideynləri, həyat yoldaşları, övladları ardı-arası kəsilmədən Vasifin görüşünə gəlirmişlər. Hadisənin şahidi olan Çinarə xanım o günü belə xatırlayır: "Vasifin dəhşətli səsi indi də qulaqlarımdadır. O, qışqıra-qışqıra deyirdi ki, uşaqları yuxarı mərtəbələrə aparın. Biz tez, hələ yuxudan oyanmamış, gecəköynəyində, ayaqyalın uşaqları yuxarı mərtəbələrə qaçırtdıq. Atışma səsləri kəsilmirdi. Dəhşət içərisində idik. Yaralanan kim idi, qalan kim idi, bilmirdik. Bu gün yaşadığımıza görə hamımız Vasif müəllimə sonsuz minnətdarıq".

Təranə xanımın dediklərindən:  "Vasifin mehriban aiəsi var. Həyat yoldaşı Pərvin xanım alitəhsilli müəllimdir. Qızları Aysu 14, Zeynəb 11, oğlu Muhəmməd 10  yaşındadır. Vasif Bakıya qayıdanadək həyat yoldaşı və uşaqları ilə birlikdə çox çətin günlər yaşadıq. Səfiriyin əməkdaşlarını və ailələrini gətirən təyyarə yerə enəndən sonra arxayın olduq ki, onlar artıq etibarlı əllərdədir. Vasif deyir ki, təyyarədə həyatını qurtardığım uşaqların səsini eşidəndə, ağladım. Ölümün pəncəsindən qurtulan bu günahsızların yaşayacaqlarına sevindim. Ali Baş Komandanın ailəmizə göstərdiyi qayğılardan biri də Vasifin övladlarının Lev Landaunun adını daşıyan məktəbdə təhsil almalarıdır".

Allah xalqımızı, dövlətimizi qorusun. Dünyamıza əmin-amanlıq bəxş etsin. Allaha şükür, torpaqlarımız Vətənimizin qeyrətli oğullarının qanı bahasına işğaldan azad edildi, qazilərimizə cansağlığı diləyən Təranə xanıma deyirəm: O vaxtı atanız anasının (nənənizin) gözünə nur verən Zərifə xanım Əliyevaya təşəkkür məktubu göndərmişdi. Uzun zaman keçdikdən sonra siz övladınız Vasifin Vətənə salamat qayıtdığına və eləcə də 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edildiyinə görə Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür məktubu göndərdiniz. İki fərqli an, iki fərqli zaman, iki fərqli həyat - amma hər ikisində həyatla ölüm-dirim mübarizəsi!

Vasif Tağıyev Ali Baş Komandana müraciətində dövlətə bundan sonra da sadiq əsgər kimi xidmət edəcəyinə söz verir. Əsl Vətənpərvər! Əsl Vətənsevər!

Vasif Tağıyevin ailəsilə görüşəndə düşündüm ki, o, başqa cür hərəkət edə bilməzdi. Onun seçimində ailə tərbiyəsi, torpağa - Vətənə məhəbbət əsas yer tutur. Üzümü onun valideynlərinə tutub deyirəm: Vasif seçimində səhv edə bilməzdi. Axı onun mayası Şuşadan bəhrələnib. Nənə-babalarının, valideynlərinin doğulub-böyüdükləri Qarabağı görməsə də, düşüncəsinə Vətənimizin düşməndən azad edilməsi fikri hakim kəsilib. Ehtimal etmək olar ki, Vasif Tağıyev 44 günlük Vətən müharibəsinin şiddətini aydın dərk edirdi. Təranə xanımın dediyi kimi: "Mənim üçün çox əziz olan Şuşaya ölkəmin qeyrətli övladlarının sayəsində yenidən ayaq basdım".

...Vasif Tağıyevin - bizim qəhrəmanımızın bu il 36 yaşı tamam oldu. Ona sağlam və sakit həyat arzulayaraq deyirəm: Neçə-neçə ailəni ölümün pəncəsindən qurtaran İgid, uğurların bol olsun!.. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri