Icma.az
close
up
RU
“O qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır”

“O qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır. Məlumata görə, uzun müddət öncə Azərbaycandan gedən aktyorun yeganə övladı orada yaşayan həmyerlilərimizin köməyini qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. 

“Qafqazinfo” xəbər verir ki, Xalq artisti Rasim Balayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb.

Aktyor bildirib ki, Cəmalə Mirzəyeva olduqca istedadlı bir qız olub: “Mən Ceyhun Mirzəyevlə bir neçə filmdə iştirak etmişəm, üstəlik, yaxın olmuşuq. Onun həyat yoldaşı Lidiya xanım Bakı şəhərində prokuror idi. Ceyhun rəhmətə getdikdən sonra nəsə bir qərar verildi ki, qızını da götürüb Rusiyada qohumlarının yanına köçsün. Evləri də çox gözəl idi, yaxşı qiymətə satıldı. Sonra eşitdim ki, Lidiya xanım təxminən 2016-2017-ci illərdə rəhmətə gedib. Qızı isə bildiyim qədərilə şair idi, şeirlər yazırdı. İndi anasının vəfatından sonra orada nə baş verib, nə olub, mülkü və var-dövləti niyə əlindən alınıb, bu barədə məlumatım yoxdur.

Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın, kömək edilsin, məncə, yardım göstərilər. Bizim Rusiyada nə qədər iş adamlarımız var. Amma çox müəmmalıdır ki, o qız çox istedadlı idi, yadımdadır. Bəs indi niyə bu vəziyyətə düşüb, onu bilmirəm. Hesab edirəm ki, yəqin ki, Mədəniyyət Nazirliyi istəsə, nəsə kömək etmək olar. Məsələn, o qızı Bakıya dəvət edib, ona ev, iş verilə bilər. Amma bir daha deyirəm ki, o qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır”.

Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat edib. Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri