Icma.az
close
up
RU
ABŞın Qrenlandiyaya marağı ekspertlər üçün müəmmalıdır AZƏRTAC

ABŞın Qrenlandiyaya marağı ekspertlər üçün müəmmalıdır AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 13 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

Donald Trampın Qrenlandiyanı “satın almaq” barədə bəyanatları onun Arktikanın təbii ehtiyatlarına və strateji mövqeyinə diqqət çəkib.

AZƏRTAC xəbər verir ki, adadakı buzların altında əhəmiyyətli faydalı qazıntı ehtiyatlarının olduğu ehtimal edilir.

Danimarka və Amerika rəsmiləri hesab edirlər ki, Qrenlandiya ətrafında dənizin dibində 50 milyard barelə qədər neft ehtiyatı ola bilər. Bununla belə, hasilat gəlirli görünmür və bu, Qrenlandiya hökumətinin 2021-ci ildə yeni qazma icazələrinin verilməsini dayandırmaq qərarına gətirib çıxarıb.

Bundan əlavə, Qrenlandiyanın cənub-qərbində nadir torpaq metallarının böyük ehtiyatları var. Kvanefyell yatağında süni intellekt texnologiyası üçün lazım olan 11 milyon tona qədər nadir torpaq metalı saxlanıla bilər ki, bu da Avstraliya mədən şirkətinə görə, Çindən kənarda ən böyük yataqdır.

Bununla belə, adada infrastrukturun, o cümlədən yolların olmaması mədən işini çətinləşdirir və hasilat baha başa gəlir. Qrenlandiya və Danimarka hökumətləri uzun müddətdir ki, hasilat üçün xarici investorları cəlb edə bilmir.

Kopenhagen Universitetindən geoloq və Qrenlandiyanın resurs eksperti Mimik Rosinq hesab edir ki, adaya sahib olmaq onun təbii sərvətlərini istismar etmək üçün vacib deyil.

“ABŞ-ı maraqlandıran Çindən asılılığı azaltmaq üçün nadir torpaq metallarıdır. Buzlaqların əriməsini sürətləndirən qlobal istiləşmə nəticəsində bu resurslar artıq mövcuddur, onlar sadəcə olaraq inkişaf üçün müraciət etməlidirlər”, -deyə Rosinq qeyd edir.

Qrenlandiyanın sərvətlərinin real dəyərini təxmin etmək çətindir.

“Biz yataqların qiymətinin nə qədər olduğunu bilmirik, çünki onların işlənməsi üçün hansı xərclər tələb olunacağı məlum deyil. Çin bu bazarda əsas rəqib olaraq qalır, lakin nadir torpaq metallarına başqa ölkələrdə, o cümlədən İsveçdə də rast gəlmək olar”, -deyə ekspert sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri