Icma.az
close
up
RU
O rol xüsusi olaraq onun üçün yazılmışdı…

O rol xüsusi olaraq onun üçün yazılmışdı…

Icma.az, Tribuna saytına istinadən bildirir.

- +

Evdə tək” filmi çoxumuzun hər il izləməkdən zövq aldığı filmlərdən biridir. Əminliklə demək olar ki, bu, bütün zamanların ən yaxşı komediya filmlərindəndir. Çünki 30 ildən çox vaxt keçsə də, Milad və Yeni ildə eyni həyəcanla ekran qarşısına keçib baxmağa davam edirik. 

Sözügedən film haqqında maraqlı faktları təqdim edirik:

Filmin prodüsseri Con Hyuz səfər zamanı yaşadıqlarından sonra bütün ssenarini 9 gün ərzində yazıb.

Fotoda Con Hyuz

Hyuz hazır ssenari ilə “Warner Brothers” studiyasına gedib. İclasda müəyyən edilib ki, filmdə super ulduzları olmadığından dəyəri 10 milyon dollardan çox deyil. 10 milyon çox səslənsə də, filmin dekorasiyası, aktyorların, kaskadyorların və insanların iştirak etməli olduğu layihə üçün çox az məbləğ idi.

Con əmin idi ki, “Warner Brothers” kadrları görəndə istənilən məbləği ödəməyə razı olacaq.

Lakin “Evdə tək” filmi “20th Century Fox” studiyasında ərsəyə gəlib. “Warner Brothers”in pulu təmin edə bilməyəcəyini anlayan Hyuz, yekun büdcə verilməzdən bir neçə həftə əvvəl gizli şəkildə “20th Century Fox”un nümayəndəsi ilə görüşüb və ona filmin süjetini danışıb. Hekayə çox xoşlarına gəlib və onlar bu filmi çəkməyə razılaşıblar və büdcəni 18 milyon dollara çatdırıblar. Beləliklə, çəkilişlər tamamlanıb və “Evdə tək” “20th Century Fox”un qanadı altında yayımlanıb.

Aktyorlara gəlincə, Con Hyuz “Bak dayı” filmində Makaley Kalkini o qədər bəyənib ki, “Kevin Makkallister” rolunda ondan başqa heç kimi təsəvvür etməyib. Belə qənaətə gəlinir ki, rol xüsusi olaraq onun üçün yazılıb. Ancaq yenə də çəkiliş başlamazdan əvvəl, Kalkin “Kevin Makkallister” rolunu almazdan əvvəl 200 uşaq seçmələrdə iştirak edib.

Fotoda “Bak dayı” filmi

“McCallister”lərin evi realdır və İllinoysda yerləşir. Ev sahibləri film çəkilişləri zamanı evdə yaşayıb və çəkiliş qrupları ilə birlikdə vaxt keçirməkdən həzz alıblar.

Filmə yalnız mətbəx və birinci mərtəbədəki bəzi səhnələr daxil edilib, qalan hər şey dekorasiyadır. Onların yaradılması zamanı dizaynerlər Milad ruhunu mümkün qədər çatdırmağa çalışıblar, ona görə də diqqətlə baxsanız, görə bilərsiniz ki, evdə yalnız iki rəng üstünlük təşkil edir – qırmızı və yaşıl.

Bununla belə, evin daxili görüntülərinin çoxu Çikaqodakı orta məktəbdə çəkilib.

Aktyorlar Robert De Niro və Con Lovitz “Harri Laym” rolundan imtina ediblər.

Rolu Co Peski canlandırıb.

Co ailə filmlərində oynamağa öyrəşmədiyi üçün çəkiliş meydançasında daim vulqar sözlərdən istifadə edib.

“Kevin”in qardaşı “Bass”ın fotodakı sevgilisi əslində oğlandır, çünki rejissor Kris Kolumbus hər hansı qızın xarici görünüşünə görə özünü pis hiss edə biləcəyini düşününüb.

Con Kendinin bütün səhnələri isə 23 saat ərzində çəkilib. Onun səhnələrindəki bütün ifadələri bədahətən səslənib.

Qoca “Marli”yə gəldikdə isə, o əvvəlcə filmin bir hissəsi deyildi. Lakin sonradan filmə həyəcan qatmaq üçün əlavə edilib.

Qorxunc soba isə sadəcə iki adamın fənər və oxlarla yaratdığı mənzərədir.

Həmin o film…

“Angels With Filthy Souls” realda çəkilən film deyil. “Evdə tək”in rejissoru Kolumbus bunu məhz bu film üçün Raf Foodi ilə birgə çəkib.

Daniel Sternin, yəni “Marv Merkants”ın ayağını əzən Milad bəzəkləri konfetdən hazırlanıb.

“Harri”nin “Kevin”i küncə sıxaraq barmağını dişlədiyi səhnədə Peski əslində oğlanın barmağını həqiqətən dişləyərək iz qoyur.

“Marv”ın “Harri”yə “Niyə toyuq kimi geyinmisən?” replikası da improvizasiyadır.

“Marv”ın üzündəki hörümçək gerçək idi. Onlar səhnəni bir çəkilişdə tamamlayıblar.

Film Milad haqqında olduğundan, orada çoxlu qarın olması çox vacib idi, buna görə də komanda “Kevin”in anası “Keyt Makkallister”in evə gəldiyi final səhnəsini çəkmək üçün qarlı günü gözləyib.

Film əvvəlcə “Marv” və “Harri”nin həbsxanada “Angels With Filthy Souls”a baxması ilə bitməli idi, lakin səhnə sonradan dəyişdirilib.

“Warner Brothers”in büdcə ayırmaqdan ehtiyat etdiyi “Evdə tək” böyük uğur qazanıb. Film 476,7 milyon dollar gəlir əldə edib və 12 həftə ərzində bir nömrəli film olaraq siyahılarda birinci olub.

Komediya filminin premyerası 1990-cı il noyabrın 10-da Çikaqoda baş tutub və 16 noyabrda ABŞ kinoteatrlarında nümayiş olunub.

“Qafqazinfo”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Dekabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri