Icma.az
close
up
RU
Bu rol xüsusi olaraq onun üçün yazılmışdı... FOTO

Bu rol xüsusi olaraq onun üçün yazılmışdı... FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Evdə tək" filmi çoxumuzun hər il izləməkdən zövq aldığı filmlərdən biridir. Əminliklə demək olar ki, bu, bütün zamanların ən yaxşı komediya filmlərindəndir. Çünki 30 ildən çox vaxt keçsə də, Milad və Yeni ildə eyni həyəcanla ekran qarşısına keçib baxmağa davam edirik. 

Milli.Az qafqazinfo-ya istinadən sözügedən film haqqında maraqlı faktları təqdim edir:

Filmin prodüsseri Con Hyuz səfər zamanı yaşadıqlarından sonra bütün ssenarini 9 gün ərzində yazıb.

Hyuz hazır ssenari ilə "Warner Brothers" studiyasına gedib. İclasda müəyyən edilib ki, filmdə super ulduzları olmadığından dəyəri 10 milyon dollardan çox deyil. 10 milyon çox səslənsə də, filmin dekorasiyası, aktyorların, kaskadyorların və insanların iştirak etməli olduğu layihə üçün çox az məbləğ idi.

Con əmin idi ki, "Warner Brothers" kadrları görəndə istənilən məbləği ödəməyə razı olacaq.

Lakin "Evdə tək" filmi "20th Century Fox" studiyasında ərsəyə gəlib. "Warner Brothers"in pulu təmin edə bilməyəcəyini anlayan Hyuz, yekun büdcə verilməzdən bir neçə həftə əvvəl gizli şəkildə "20th Century Fox"un nümayəndəsi ilə görüşüb və ona filmin süjetini danışıb. Hekayə çox xoşlarına gəlib və onlar bu filmi çəkməyə razılaşıblar və büdcəni 18 milyon dollara çatdırıblar. Beləliklə, çəkilişlər tamamlanıb və "Evdə tək" "20th Century Fox"un qanadı altında yayımlanıb.

Aktyorlara gəlincə, Con Hyuz "Bak dayı" filmində Makaley Kalkini o qədər bəyənib ki, "Kevin Makkallister" rolunda ondan başqa heç kimi təsəvvür etməyib. Belə qənaətə gəlinir ki, rol xüsusi olaraq onun üçün yazılıb. Ancaq yenə də çəkiliş başlamazdan əvvəl, Kalkin "Kevin Makkallister" rolunu almazdan əvvəl 200 uşaq seçmələrdə iştirak edib.

"McCallister"lərin evi realdır və İllinoysda yerləşir. Ev sahibləri film çəkilişləri zamanı evdə yaşayıb və çəkiliş qrupları ilə birlikdə vaxt keçirməkdən həzz alıblar.

Filmə yalnız mətbəx və birinci mərtəbədəki bəzi səhnələr daxil edilib, qalan hər şey dekorasiyadır. Onların yaradılması zamanı dizaynerlər Milad ruhunu mümkün qədər çatdırmağa çalışıblar, ona görə də diqqətlə baxsanız, görə bilərsiniz ki, evdə yalnız iki rəng üstünlük təşkil edir - qırmızı və yaşıl. 

Bununla belə, evin daxili görüntülərinin çoxu Çikaqodakı orta məktəbdə çəkilib.

Aktyorlar Robert De Niro və Con Lovitz "Harri Laym" rolundan imtina ediblər.

Rolu Co Peski canlandırıb.

Co ailə filmlərində oynamağa öyrəşmədiyi üçün çəkiliş meydançasında daim vulqar sözlərdən istifadə edib.

"Kevin"in qardaşı "Bass"ın fotodakı sevgilisi əslində oğlandır, çünki rejissor Kris Kolumbus hər hansı qızın xarici görünüşünə görə özünü pis hiss edə biləcəyini düşününüb.

Con Kendinin bütün səhnələri isə 23 saat ərzində çəkilib. Onun səhnələrindəki bütün ifadələri bədahətən səslənib.

Qoca "Marli"yə gəldikdə isə, o əvvəlcə filmin bir hissəsi deyildi. Lakin sonradan filmə həyəcan qatmaq üçün əlavə edilib.

Qorxunc soba isə sadəcə iki adamın fənər və oxlarla yaratdığı mənzərədir.

Həmin o film...

"Angels With Filthy Souls" realda çəkilən film deyil. "Evdə tək"in rejissoru Kolumbus bunu məhz bu film üçün Raf Foodi ilə birgə çəkib.

Daniel Sternin, yəni "Marv Merkants"ın ayağını əzən Milad bəzəkləri konfetdən hazırlanıb.

"Harri"nin "Kevin"i küncə sıxaraq barmağını dişlədiyi səhnədə Peski əslində oğlanın barmağını həqiqətən dişləyərək iz qoyur.

"Marv"ın "Harri"yə "Niyə toyuq kimi geyinmisən?" replikası da improvizasiyadır.

"Marv"ın üzündəki hörümçək gerçək idi. Onlar səhnəni bir çəkilişdə tamamlayıblar. 

Film Milad haqqında olduğundan, orada çoxlu qarın olması çox vacib idi, buna görə də komanda "Kevin"in anası "Keyt Makkallister"in evə gəldiyi final səhnəsini çəkmək üçün qarlı günü gözləyib.

Film əvvəlcə "Marv" və "Harri"nin həbsxanada "Angels With Filthy Souls"a baxması ilə bitməli idi, lakin səhnə sonradan dəyişdirilib.

"Warner Brothers"in büdcə ayırmaqdan ehtiyat etdiyi "Evdə tək" böyük uğur qazanıb. Film 476,7 milyon dollar gəlir əldə edib və 12 həftə ərzində bir nömrəli film olaraq siyahılarda birinci olub.

Komediya filminin premyerası 1990-cı il noyabrın 10-da Çikaqoda baş tutub və 16 noyabrda ABŞ kinoteatrlarında nümayiş olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri