Icma.az
close
up
RU
O sizin adicə qızındırsa...

O sizin adicə qızındırsa...

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Onun rolları dəyişsə də, ruhu dəyişmir - möcüzələr yaradır

Bu yazını yazmağa başlayanda uşaqikən yazdığım sadə açıqcalarla sevincdən üzündə güllər açan anamdan eşitdiyim bir şeir yadıma düşür anidən. Onun sevimli şairlərindən olan Nəriman Həsənzadənin "Qadına məktub" şeiri:

"O sizin adicə qızınızdırsa..."

 Həmin misra isə bir sualla üz üzə qoyur bizi. Kimdir o qız? Kimdir qadın? Bir qız dünyaya sadəcə valideynlərinin övladı olmaqdan daha artıq səadət bəxş edə bilən varlıqdır. Onun həyatdakı rolları bir aktyor kimi dəyişir. Həyat tamaşasında yaratdığı bütün rolları kiçik bir yazının ssenarisinə sığmasa da, onların bir neçəsini xatırlayaq:

O, bir vaxtlar "ay mənim şıltaq qızım , deyə əzizlənən balaca böyüdükcə həyatın şıltaqlıqları ilə rəqs etməyi öyrənən rəqqasdır. Bütün çətinliklərə baxmayaraq, ruhuna zərifliyini itirməməyi öyrədən müəllimdir. Ən dərin yaraları qayğısı ilə sağalmağı bacaran həkimdir. Uşaqkən nağıllara inansa da, artıq öz nağılını yazmağa başlayan yazıçıdır. Bu böyük kainatda öz dünyasını qurmaq üçün mübarizə aparan memardır. Bəzən içində fırtınalar qopsa da, gülümsəməyi bacaran aktrisadır.Bəzən səssizcə göz yaşlarını silən, heç kim bilməsin deyə içindəki tufanları boğan, amma hər kəsə güc verən qəhrəmandır.Bəzən adı unudulsa da, sözləri ilə yadda qalan şairdir:

"Bu nə sevgi məktubudu, İlahi,

İndiyəcən ağrıyır hər sözü də,.

Yazan qızın nəydi adı, İlahi,

Yaddan çıxıb sifəti də üzü də…"

 Bəzən isə dünyadan köçən peşman ruhun son ümidi:

"Kişilər bir olmur atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var"

Bu, qadının həyatdakı obrazlarından kiçik bir hissə idi. Bir sözlə, onun hər obrazda, hər yerdə imzası var. O qız kim idi? O qadın kimdir? Bəlkə də heç kəs tam olaraq bilmir. Amma hər kəs bilir ki, o, hər birimizin həyatında iz qoyur. Hətta sizin özünüzdən xəbərsiz hər birinizin həyatına toxunur, sizin rolunuzu- kimliyinizin rəsmini də o çəkir. Onun rolları dəyişsə də, ruhu dəyişmir- möcüzələr yaradır.

"Sevgimiz sayrışan ulduz kimdir

Alışa- alışa üzdü ürəyimi

Elə soruşarlar o qız kim idi ?!

Amma soruşmazlar mən kiməm indi..."

Müəllif: Günel Natiqqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri