Icma.az
close
up
RU
O yazıdan sonra Rəşad Məcidin həyatında yalnız bu dəyişib...

O yazıdan sonra Rəşad Məcidin həyatında yalnız bu dəyişib...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycanın görkəmli jurnalisti Rəşad Məcidin doğum günüdür. Onun səhv etmirəmsə, 60-dan sonrakı ya birinci, ya ikinci doğuşudur. Rəşad müəllimi xarakterizə edən çoxlu yazılar, şeirlər, kitablar ola bilər və hətta onların çoxu mövcuddur. Ancaq mənim fikrimcə, onların ən gözəli Qulu Ağsəsin 2014-cü ildə qələmə aldığı “selfie”dir. Rəşad Məcidin ən gözəl şəklini Qulu Ağsəs çəkib. 

Maraqlıdır ki, yazının qələmə alındığı 2014-dən bəri Rəşad Məcidin həyatında hər şey olduğu kimi davam edir. Yalnız bu yazının sonunda da qeyd edildiyi kimi, bircə şey dəyişib: Allah var olduğunu göstərib! Bu, 5 il qabaq sentyabrda başlayıb və noyabrın 8-də başa çatıb.

Elbrus Ərud

“Qafqazinfo” Qulunun fırçasında Rəşad müəllimin portretini bir daha təqdim edir: 

O, dinc dövrdə müdafiə naziri, müharibə vaxtı kültür bakanı işləyə bilər.

İndi nə hərb, nə sülhdü. Yazıçılar Birliyinin katibliyi və “525-ci qəzet”in baş redaktorluğu bəs eləyir.

***

Səkkizin yarısı Zahir həyətdəydi, doqquza işləmiş canlı yayımda camaat tamaşamıza durmuşdu, növbəti qonaqlar ləngidiyindən bir saat danışası olduq, sözlər ağzımızda mürgüləyirdi, həmkarımsa arada aparıcı qıza kompliment deməyindən də qalmırdı, nəhayət, gözümün acısını da götürüb studiyadan çıxdım, sürücü bu dəfə bizi Sabir heykəlinin yanında düşürəsi oldu, Torqovını iki dövrə vurandan sonra adını oxuya bilmədiyim bir restoranda nəsə daddıq, ordan Sahildəki hoteldə kitab təqdimatına dəyəsiydi, çörək yeyib aradan çıxmağa utandığımdan böyrünə düşəsi oldum, çatan kimi iki sayta müsahibə verdi, “face” üçün şəkillər çəkdi, sonra rəyasətə dəvət aldığından məni tək buraxıb məmurlara qoşuldu, bir də baxdım ki, mikrafon önündədi, Yazıçılar Birliyinə çatanda onu qapıda gözləyən iyirmiyə yaxın gənci görüb otağına dəvət elədi, hal-əhval, tanışlıq, oyan-buyan, qəzetə tərpənəsi olduq, “letuçka”  ardından Tahir müəllimin restoran qonaqlığı: yemək, içmək, zarafat, şeir dedi, arada müğənniyə qoşulub oynadı da, birə işləmiş evə çatanda birinci təzyiqimi ölşdürdüm, iki gün başım yastıqdan qalxmadı, sonra öyrəndim ki, gecə saat üçdə anası zəng vurub, Müseyib müəllimin nasazlığından gileylənib, o da maşını xodduyub düz Masazıra, səhər də qayıdıb evə, üzün-başın qırxdırıb, çimib, efirdəkindən də qəşəng kostyumunu geyib, gəlib Birliyə - təxminən onun yarısı qapısı açıq olub...

 ***

...Bəs bu nə qəm nəğməsidi –
   ağaclar ağı deyir, 
  Bəs o qara bulud niyə tabuta bənzəyir –
  keçir damların üstündən?!

 ***

Planımda gənclərin “Dərgidə kitab”ını çıxarmaqdı. Bir də AYB-nin gənclər üzrə katibinin. Şeirlərini  al dillə alıb oxudum. Bu, onun üçüncü nəfəsi olmalıdı şeirdə. Yeniyetmə, cavan vaxtları, bir də indi. Telefonuna mesaj yazdım: “Sən özünü necə gizləyə bilmisən?..”
***

“Face”də çox aktivdi. Həyatda olduğu kimi. Kompleksi nə gəzir? Bir də gördün, tıxacın, “QAİ”nin, quşun, tələbələrinin şəklini çəkir. Son şeirlər onun öz şəklidi. Klaviaturayla çəkib. R. M-in “selfie”si...

***

Sərhədlər çoxdan itib aramızda, ən birinci də zarafatla həqiqətin sınırı. Biz “gömrüyü” adlayıb o üzə keçmişik. Başqa ölkədə yaşayan iki mühacir kimi. Amma elə şeylər var ki, orada sərhədi qorumuşuq. Top-tüfəngsiz, ortalığa fişəng tullamadan. Sakit və səbrlə...

***

Ancaq onun ağlına gələrdi ki, Laura Cəbrayıllının kitab təqdimatında mənə söz versin. Yaxud Natəvan klubunda Anar müəllimə lappadan qayıtsın ki, Ağsəs bezib bu eyni adamların çıxışlarından, bəlkə onu dinləyək, görək özü nə deyir?..

 ***

 Əgər əlli yaşı əlli metr olsa və qumun üzərində bir cızıq çəkilsəydi, onun iki ayağının və bir başmağının yeri qalardı: qocalmaq istəmirəm. Son şeirlərinin mayası budu. Hər şey təzə sətirdən, abzasdan başlayır...

 ***

Mənsum İbrahimov, mən və o. Üçümüzü bilirsiz həm də nə birləşdirir? İyirmi ilə yaxındı mobil nömrəmizi dəyişmirik. Deputatlığa namizəd olanda fikirləşdim ki, Milli Məclis onu əlimizdən alacaq. Dəyişiklik nədənsə birinci nömrədən başlayır. Sonra başqa nömrələr gəlir. O seçilmədi və dəyişilməzliyi ilə seçildi...

 ***

Bir neçə il qabaq da ondan yazmışdım: “Qapısı açıq Məcid”. Essemi xatırladıram ki, söhbətin kimdən getdiyi ayan olsun...
***


O, məni Ağsəs çağırır, mən ona bu yazıda Məcid deyəcəm. MƏCİDİN QAPISI AÇIQDI: “Nərimanov” metrostansiyasının yaylı qapıları “525-ci qəzet”in baş redaktorunun kabinetinə açılır.
Azərbaycan Yazıçılar Birliyinə aparan yollar həm də gənclər
üzrə katibin otağından keçir.

İnşallah, sevimli Ağcabədi camaatı gələn növbəti deputat seçkilərində rayonun alaqapısından birbaşa onun Milli Məclisdəki otağına adlayacaq. Rəşad Məcidin bircə qələminin qapısında növbədi: yazmadığı şeir və hekayələrin növbəsi. “10 sentyabr”dan sonra ondan 364 hekayə gözləyirəm, çünki adi təqvimdə 365 gün var, ədəbi təqvimdən danışsaq, Məcid gərək qələmi yerə qoymaya...

...Qarabağda, Ağdamda tək-tük dördmərtəbəli daş evlərin birinin ikinci mərtəbəsində böyüyən balaca uşaq balkondan baxanda həyətdə ağacı görürdü, ağacdan bir az yuxarıda dağı görürdü, dağdan bir az yuxarıda göyü görürdü, göydən bir az yuxarıda Allahı görürdü, gecə yatağına girəndə yuxu görürdü, yuxuda da həmin balkonuydu, həmin ağacıydı, həmin dağıydı, həmin göyüydü, həmin Allahıydı, həmin yuxuydu gördüyü... uşaq balkondan ağaca, ağacdan dağa, dağdan göyə, göydən... yoxa çıxdı. Daşladığı darvazaların qulağı batdı, dalaşdığı tay-tuşları əsgər getdilər, sevdiyi qızlara nişan taxdılar, uşaq uzə çıxmadı.

Universitetin jurnalistika fakültəsində, “Elm və həyat”ın korrektor otağında həm də ona oxşayan bir oğlan peyda oldu. Yetdiyinə yetdi, üzünə açılmayan qapıları daşladı, şeir yazmağa başladı, nə başladı. Balkon yadına düşdü — yazdı, ağac yadına düşdü — yazdı, göy yadına düşdü — yazdı, həm də oxşadığı uşaq yadına düşdü — yazdı, bircə Allahı xatırlaya bilmədi. Oğlan böyüdükcə, xuduqca, yazdıqca Allahı unutmağa başlamışdı. Allah bir də onun yadına balkondan gördüyü dağdakı ağacı düşmənlər kəsəndə düşdü. Qayıdıb təzədən həminuşaq oldu, həmin uşağa oxşadı, həmin uşağı oxşadı. Baxdı ki, uşağın saçı tikan kimidi. 

Buyğur şeiri boşladı, publisistikaya başladı, nə başladı. Azadlıqdan yazdı, müstəqillikdən yazdı, ağacdan yazdı, dağdan yazdı, sonra istədi yazdıqlarına baş çəksin, gördü: azadlıq var, müstəqillik var, Qarabağ yoxdu, Ağdam yoxdu, Qarabağda, Ağdamda tək-tük dördmərtəbəli daş ev yoxdu, balkon yoxdu, ağac yoxdu, göy yoxdu, qorxdu, birdən Allah da olmaz, qəddin dikəldib qəddinə baxdı, cəddin çağırıb cəddinə baxdı, gördü, yox: Allah Var! Var! Var!

Təqvimə baxdı: sentyabrın onuydu...

Qulu Ağsəs


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri