Icma.az
close
up
RU
Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Icma.az, 525.az saytına istinadən bildirir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Pekində duyğulu anlar və soyuqqanlı uzaqgörənlik

Aprelin 23-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

İmzalanan sənədlərin içərisində "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə" və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi" də var. Həmkarlarımızı təbrik edir və uğurlar arzulayırıq.

Bu tarixi sənədlərin içərisində bir sənəd də var ki, yaddaşa, duyğulara xitab edir, dərin hissiyyat yaradır. Həmin sənədi - "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu"nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.

Kim düşünə bilərdi ki, belə yüksək səviyyəli mərasimdə Sincan-Uyğur Muxtar rayonunun və Urumçi şəhəri merinin adı da yer alacaq?

Əminəm ki, bu, sadəcə bir "Niyyət Məktubu" deyil. "Bizim ailəmiz Türk dünyasıdır" deyən Azərbaycan Prezidentinin əzminin, israrının, soyuqqanlı, təmkinli, uzaqgörən siyasi xəttinin bəhrəsidir. Belə bir tarixi gündə və mühüm sənədlərin içərisində bu "Niyyət Məktubu"nun yer almasının həm dərin mənası, həm də emosional çəkisi var.

Heyranlıq və qürur doğurur.

Növbəti dəfə bu duyğuları yaratdığına və yaşatdığına görə cənab Prezidentə sonsuz minnətdarlıq və təşəkkürümüzü çatdırırıq.

lll

Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir. Bu Sərəncam həm də Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm.

Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır.

Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar.

Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq.

Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da.

lll

Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır və bu dövrdə biz daha çox vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq.

lll

Mətbuatın 150 illiyində mədəniyyət paytaxtımız Şuşada mətbuat muzeyinin yaradılmasını çox istərdim.

lll

Bəzi məmurlar düşünürlər ki, onların qurumları ilə bağlı hansısa tənqidi yazı yazılan kimi onu sildirə, saytdan çıxartdıra bilərlər.

lll

"Hansı dövrdə jurnalist olmaq istərdiniz" sualına heç şübhəsiz, "20-ci əsrin əvvəllərində, "Həyat" və "İrşad" qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının fəaliyyətə başladığı dövrdə" cavabını verərdim.

lll

Böyük maarifçilərimizin 100 il öncəki missiyasını hələ də tamamlaya bilməmişik.

lll

Mən də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşam və düşünürəm ki, ölkəmizdə ən üstün, açıqfikirli məkanlardan biri bu təhsil ocağının Jurnalistika fakültəsi olub.

lll

"Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, gənc nəsil yetişdirən ailə və məktəb olub".

Prezident İlham Əliyev

lll

32 ildən sonra yenidən Ağdamda gecələmək!

Davamlı və qaynar inşaat işlərinin yaratdığı səsin içində imkan tapıb Ağdamın nəfəsini dinşəmək və havasını ciyərlərinə çəkmək!

Keçmişə dalmaq, gələcəyi xəyal etmək!

Uzaq yurd yerlərini xəfif xiffət və dərin həsrətlə arzulayanlara da nəsib olsun!

İndi inanılmaz olan nə var ki?!

Gerçəkləşdirənlərə sonsuz minnətdarlıqla.

lll

Ağdam Muğam Mərkəzinin açılışında "Qarabağ şikəstəsi" oxuyan bu uşaqların - Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundovun səsi 30 illik işğalın yox edə bilmədiyi İlahi verginin, sirli ənənənin davam etməsinin, yaşamasının təcəssümüydü. Cənab Prezidentin müəllifi olduğu, xəyal etdiyi yeni Ağdamın, musiqi məkanı Qarabağın cövhərinin təntənəsiydi.

Əbədiyyətə, Ruhun davamına əminliyin nişanəsiydi!

Kövrəlməmək, sevinc göz yazlarına boğulmamaq mümkünsüz idi!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see387

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see270

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see269

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see259

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see258

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see252

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see242

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see239

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see232

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see231

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see230

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see224

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see216

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see214

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see213

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see212

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see193

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see191

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see185

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri