“O zaman sanksiyaları ləğv edə bilərəm” Tramp İranla bağlı şərtini açıqladı
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İranla İsrail arasında davam edən gərginliyə dair ABŞ mediasına açıqlama verib.
Tramp bildirib ki, İsrailin hücumları ilə başlayan qarşıdurmada hər iki tərəf ciddi şəkildə yorulub və ABŞ-nin İran hədəflərinə endirdiyi hava zərbələri uğurla həyata keçirilib.
Prezident Tramp İranın zərbələrdən əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığı iddialarını isə növbəti dəfə rədd edib: “Onlar yaşamaqdan başqa heç nəyi başqa yerə daşımadılar. Bizim etdiyimizi etməyin mümkün olduğunu da düşünmürdülər”.
Tramp İranla bağlı iqtisadi sanksiyaların hələ də qüvvədə olduğunu xatırladıb və atəşkəsdən sonra Çinin İran neftini alacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: “Xeyr, mən belə bir şey deməmişəm. Sanksiyalar hələ də qüvvədədir. Amma əgər onlar öz üzərlərinə düşəni etsələr, bizimlə əməkdaşlığa açılsalar və artıq zərər verməyəcəklərinə əmin olsaq, o zaman sanksiyaları ləğv edə bilərəm”, – deyə Tramp vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















