Oba köçüb, yurdu qalıb... Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 7-ci turunda Rumıniyanın FCSB klubuna 2:3 hesabı ilə uduzaraq pley-off şanslarını itirib.
Oyunda iki dəfə hesabda önə keçən Qurban Qurbanovun komandası, üstünlüyünü sona qədər qoruya bilməyib. Müdafiədə futbolçuların kobud səhvi, hücum xəttində “dişsizlik” məğlubiyyətin əsas səbəbi olub.
Hücum xəttində Nəriman Axundzadə, Aleksey Kaşuk kimi futbolçuların bu qarşılaşmada bacarıqsızlığı Braziliyanın “Flamenqo” klubuna 5 milyon avroya transfer olunan Olavio Juninyonun yoxluğunu hiss etdirib.
Bundan əvvəlki mövsümlərdə avrokuboklarda daha ciddi rəqabət aparan “Qarabağ”ın cari mövsümdəki uğursuz nəticəsi atalar sözünü xatırladır: Oba köçüb, yurdu qalıb...
Fotolar: Pərvin Zeynal














Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















