Icma.az
close
up
RU
Obrenoviç “Qarabağ” üçün üçüncü dəfə hakimlik edəcək! “köhlən atlar” ilk iki matçda uduzmayıb...

Obrenoviç “Qarabağ” üçün üçüncü dəfə hakimlik edəcək! “köhlən atlar” ilk iki matçda uduzmayıb...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın növbəti taleyüklü matçında hadisələrin axarı həm də baş hakim Rade Obrenoviçin fəaliyyətindən asılı olacaq. Təbii ki, arzumuz sloveniyalının bizə tərəfkeşlik etməsi deyil, yalnız ədalətin prinsiplərinə sadiq qalmasıdı. Onsuz da Ağdam təmsilçisi Çempionlar Liqasının cari mövsümdə göstərdiyi performans və əldə etdiyi nəticələr sayəsində liqa mərhələsini ilk “24-lük”də bitirməyi haqq edib. Hələ şanslar da davam edirsə, xüsusən “Benfika” və “Çelsi” kimi nəhənglərdən xallar qoparan komandanın arzusuna çatmasından daha təbii nə ola bilər? Bir daha təkrarlayırıq: bizim üçün vacib olan uğura gedən yolda süni maneələrin yaradılmamasıdı. Qalan məsələləri “Qarabağ” həll edəcək.

Bəs Obrenoviç gözləntilərimizi qarşılaya bilərmi? Düzdü, onunla tanışlığımız var. Özü də “Qarabağ” və millimiz sayəsində. Ancaq "Football-plus.az"ın ənənəvi hakim tanıtmasında yuxarıdakı suala daha ətraflı məlumatlara əsaslanaraq cavab tapmağa çalışacağıq.
1990-cı ildə Lyublyana şəhərində dünyaya göz açan ədalət təmsilçisi, təbii ki, karyerasına aşağı liqada başlayıb. Burda özünü qısa müddətdə yaxşı tərəfdən göstərməyə nail olduğundan xidmətinə yüksək liqa matçlarında ehtiyac duyulub. Obrenoviç ölkəsinin əsas çempionatında indiyə qədər 170 oyun idarə edib. O, bu matçlarda 733 sarı, 36 qırmızı vərəqə göstərib. Sloveniyalı 2017-ci ildən FİFA referisi statusu daşıyır. İyulun 6-da Avropa Liqasının təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) – “Midtüllann” (Danimarka) matçında iş başında olmaqla Avropada debüt edən “qarapaltarlı” daha sonra avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində forma geyib. Obrenoviç Millətlər Liqası, dnya çempionatının seçmə mərhələsi, 17 yaşadək futbolçuların iştirakıyla keçirilən Dünya kuboku, U-17, U-19, U-21-lar arasında Avropa çempionatı və beynəlxalq yoldaşlıq oyunlarında da baş hakim qismində çıxış edib. Həmçinini Cənubi Kipr, Yunanıstan, İspaniya, Səudiyyə Ərəbistanı və İsveçrə futbol qurumlarının dəvəti əsasında bu ölkələrin premyer-liqa və kubok oyunlarında fit çalıb.
Obrenoviçlə tanışlığımıza gəlincə, o, 2021-ci ildə Qurban Qurbanovun rəhbərlik etdiyi komandasının Bakıda Şotlandiya “Aberdin”i ilə keçirdiyi Konfrans Liqasının pley-off görüşündə ədaləti qoruyub. Referi köhlən atlar”ın minimal hesabla qalib gəldiyi qarşılaşmada bizimkilərdən Maksim Medvedevlə Patrik Andradeyə sarı vərəqə göstərib. Rəqibdən isə 4 futbolçu rəsmi xəbərdarlıqla üzləşib. Onun “Qarabağ”la növbəti görüşü 2022-ci ilə təsadüf edib. Referi bu dəfə baş yox, dördüncü hakim kimi iş başında olub. Söhbət Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Plzen “Viktoriya”sıyla qolsuz heç-heçə edilən görüşdən gedir. “Fit sahibi” həm də U-21-in Sloveniyada təlim-məşq toplanışında keçirdiyi oyunda meydanda olub. Komandamızın 2016-cı ildə sloveniyalı həmyaşıdlarına qarşı keçirdiyi yoxlama matçında ədaləti təmsil edən hakim 2:1 hesablı qələbəmizə şahidlik edib.
Ümumiyyətlə, Obrenoviç karyerası ərzində 317 görüş idarə edib, 1372 sarı, 66 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri