Icma.az
close
up
RU
“Obyektimizi qanunsuz sökdülər, yarım milyona yaxın ziyandayıq” Açıqlama

“Obyektimizi qanunsuz sökdülər, yarım milyona yaxın ziyandayıq” Açıqlama

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları bizə məxsus obyekti məhkəmə qərarı olmadan söküb, yarım milyona yaxın ziyandayıq”.

Bu şikayətlə “Qafqazinfo”ya “Anbarım Baku” MMC-nin direktoru Qərib Paşayev müraciət edib.

Onun iddiasına görə, Binəqədi RİH-in əməkdaşı daha əvvəl şirkətdən 170 min manat pul tələb edib: “Bu, talvar tipli dəmir konstruksiyalı tikilidir. Rayonun Söyüdlü küçəsində yerləşir. Hələ söküntü işi başlamamışdan əvvəl mənə dedilər ki, “pulu versəniz, sökülməyəcək”. Lakin bizim obyekt üçün bütün zəruri icazələr mövcuddur. Bunlar Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilib. İndi biz nə edək? Belə qanun pozuntusu olar?!”

İddialarla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə verilən cavab belə oldu: “Yayılan məlumat həqiqəti əks etdirmir. Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, 72 G ünvanında xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması aşkar edilib. Məsələ ilə əlaqədar vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikintinin davam etdirilməsi müşahidə edilib. Aidiyyəti qurumlar tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin dayandırılması təmin edilib”.

Fidan Etibar 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Aprel 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri