Icma.az
close
up
RU
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? Rəsmi açıqlama

Yasamalda vətəndaşın evi qanunsuz sökülür? Rəsmi açıqlama

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddiaları yayılıb.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həmin ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb.

“Müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib. Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hazırda evin deyil, sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir.

Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri