Obyektlərin qarşısında maşın saxlamağa niyə icazə verilmir? KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.
O bildirib ki, bu gün avtobus zolağı daha prioritetdir:
“Bir çox yerlərdə parklanma yerləri yaradılıb. Xaqani bağının ətrafında, yollarda biz avtomobillərin girişini bağlayanda düşünürdülər ki, obyektlər ziyan edəcək. Amma piyadalaşma artdı deyə o obyektlərdə canlanma baş verdi. Bir çox küçələrdə parklanma yoxdur, amma o küçələrdə kifayət qədər obyekt var, amma onlar heç biri bağlanmır. Hamı deyir müştəri avtomobilini harda saxlasın? Amma biz görürük ki, piyadalaşma hesabına o obyektlər daha çox xeyir göstərir. Şərifzadə küçəsində olan obyektlərin qarşısında olan parklanma yeri faktiki olaraq oranın müştərilərinə bəs etməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 02 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















