Öcalan bu tarixdə bəyanat yayacaq KİV
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İtaliya mətbuatı hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də bəyanat yayacağı barədə məlumat yayıb.
Bakıvaxtı.az “Hürriyət”ə istinadən xəbər verir ki, məlumatı italiyalı jurnalistlər Kaira Krukiati və Ciasandro Merli PKK/YPG terror təşkilatının Suriyadak qolunun lideri Mazlum Abdi ilə görüşdən sonra “İl Manifesto” qəzetində paylaşıblar. Onlar Öcalanın terrorçulara səslənərək silahı yerə qoymasını istəyəcəyini iddia ediblər. Bəyanatın videomüraciət formasında ola biləcəyi də vurğulanıb.
Qeyd edək ki, yanvarın 20-si italyan və fransız siyasətçilər Suriyanın şimalındakı əraziləri nəzarətində saxlayan Mazlum Abdi ilə görüşüblər. Görüşdə onları jurnalistlər də müşayiət edib.
Xatırladaq ki, PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan məhz 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.
Fotoda Mazlum Abdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















