Icma.az
close
up
RU
Öcalan bu tarixdə terrorçulara müraciət edəcək Türkiyədən REAKSİYA

Öcalan bu tarixdə terrorçulara müraciət edəcək Türkiyədən REAKSİYA

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatını ləğv etməyə çağırıb.

Bundan sonra kürdlərin DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb.

Türkiyə mətbuatı yazıb ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

Bəs Öcalan nə zaman PKK-ya çağırış edəcək? Terrorçular başçılarının əmrlərinə riayət edəcəklər?

Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin(TBMM) deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım  bildirib ki, DEM Partiyası üzvləri Öcalanla bir daha görüşəcəklər:

"Təqribən 1 aydır Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalının çağırışı ilə yeni proses başlayıb. Təbii ki, Prezidentimiz də bu prosesi dəstəkləyir. Türkiyə 40 ildir terrorla mübarizə aparır. Tək terrorist qalmayana qədər mübarizə davam edəcək. Həqiqətən də, terrorla mübarizə hazırda yaxşı vəziyyətdədir. Sərhədləri xaricindəki terror qruplaşmalarının mövcudluğu Türkiyəni istər-istəməz narahat edir. Türkiyə öz daxilində sabitliyi təmin etməlidir. Bunun üçün daha əvvəl 2013-2014-cü illərdə “Həll prosesi” adlı yol izlənilib.  Lakin bu, baş tutmadı. Öcalan PKK-ya çağırış etsin və silahlar buraxılsın deyə daha bir müraciət edilib. Bununla əlaqədar DEM Partiyası nümayəndə heyəti formalaşdırıb və Öcalanı ziyarət etdikdən sonra siyasi partiyaların sədrlərini ziyarət ediblər. Daha sonra Selahatdin Demirtaşı ziyarət edib və ilk turu tamamlayıblar. İndi də Suriya və İraqa gedib müəyyən danışıqlar aparacaqlar. Bundan sonra yenidən Öcalanla görüşəcəklər".

Şamil Ayrım Öclanın fevral ayının ortalarında çağırış etməsi gözlənilir.

"Türkiyəni bölmək istəyənlər artıq türk-kürd məsələsindən sui-istifadə edə bilməyəcəklər. Türkiyə böyük və güclü ölkədir. Ölkənin 86 milyon əhalisi var. Türkiyədə müxtəlif etnik mənsubiyyətə malik insanlar var. Ölkəmizdə fərqli dillərdən və dinlərdən insanlar yaşayır. Bunlar Türkiyənin tamhüquqlu vətəndaşlarıdır. Qan ititiririk, investisiya itiririk, müdafiə sənayesinə daha çox yüklənməli oluruq. Bu nə vaxta qədər davam edəcək? Onsuz da, çox gərgin bir regionda yerləşirik. Buna görə də daxili stabilliyin və hüzurun təmin edilməsinə ehtiyac var. Artıq terrorla mübarizədə sona gəlinib. Mən Öcalanın qarşıdakı günlərdə belə bir çağırış edəcəyini gözləyirəm. Bu çağırışın tərəf müqabili biz yox, terror təşkilatı PKK-dır. Silahların buraxılması üçün müraciət ediləcək. Bunu necə həll edəcəklər bilmirik. Qəndildəkilərin silahı buraxmağa hazır olduqlarını düşünürəm. Çünki Türkiyə daxildə terrorla mübarizədə böyük məsafə qət edib. Artıq sona gəlinib  Biz sərhədlərimizə yaxın yerlərdə də terror təşkilatlarının olmasını istəmirik. Gözləyəcəyik. İstər cənab Prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də Dövlət Baxçalı insanlara məsələlərə pozitiv yanaşmanı təşviq edirlər. Ortada alış-veriş yoxdur. Bəziləri düşünür ki, iki bayraq, iki dövlət olacaq. Lakin bu belə deyil. 86 milyonluq Türkiyə Cümhuriyyəti terrorçularla alış-veriş edə bilməz. Proseslərin qeyd-şərtsiz getməsi gözlənilir. İnşallah qarşıdakı dönəmdə bunu görəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri