Icma.az
close
up
RU
Öcalan təminatçı ölkə istəyib? Partiya sədrindən şok açıqlama

Öcalan təminatçı ölkə istəyib? Partiya sədrindən şok açıqlama

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici diqqətçəkən açıqlama verib. 

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla bağlı sürpriz iddia səsləndirib. Onun sözlərinə görə, Öcalanın nələr istədiyi açıqlanmayıb: 

“Proses başlayanda heç bir bazarlığın olmayacağı və İmralıya bir heyətin gedəcəyi, sonra da PKK-ya silahları buraxma çağırışının olacağı açıqlandı. Nəticədə heyət getdi, gəldi. Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən İmralıdakı görüşlə bağlı 7 maddəlik bir açıqlama paylaşıldı. Ancaq terrorçubaşının nələr istədiyi açıqlanmadı”. 

Mustafa Destici iddia edir ki, Öcalan təminatçı ölkə istəyib: “Öcalan təminatçı ölkənin prosesə qoşulmağını istəyir. Bu, nə deməkdir? Bu, məsələni beynəlxalq müstəviyə daşımaq deməkdir. 

Əlbəttə ki, Türkiyə Cümhuriyyəti və türk xalqı bunu əsla qəbul etməz. Eşidəndə qanım dondu. İnşallah belə bir şey yoxdur və əsla qəbul edilməz. Biz öz göbəyimizi özümüz kəsərik. Türkiyə Cümhuriyyətinin və türk millətinin hər kəsə deyəcək sözü, terror başda olmaqla hər məsələni özü həll edəcək gücü var”. 

Partiya sədri hesab edir ki, ABŞ razı olmadan PKK silah buraxmayacaq: “PKK ABŞ başda olmaqla imperialist güclər tərəfindən qurulub və 40 ildir onların dəstəyi ilə ayaqda qalırlar. Bu gün ABŞ PKK-nın arxasından çəkilsə Türkiyə Cümhuriyyəti dövlətinin və qəhrəman türk ordusunun qarşısında 3 gün belə dayana bilməz. Ona görə də onlara ağıl verən “hə” demədən terrorçuların silah buraxacaqlarını düşünmürük”. 

Mustafa Destici DEM Partiyasının heyəti ilə görüşmək üçün şərt də irəli sürüb: 

“DEM Partiyasının heyəti bizimlə görüşə gəlmədən əvvəl “PKK terror təşkilatıdır, silahlarını yerə qoymalı və dövlətə təslim olmalıdır” sözlərini deməlidirlər. Ondan sonra danışıqlar apara bilərik. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Hər kəs öz fikrini deyə bilər. Ancaq terror və zorakılıq qırmızı xəttimizdir. Əlində silah olan və hələ də silahını yerə qoymayanlarla danışmayacağıq, müzakirə aparmayacağıq”. 

Elmir Mustafa 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri