Icma.az
close
up
RU
Partiya sədrindən ŞOK TƏKLİF: “Bakıya giriş pullu olsun”

Partiya sədrindən ŞOK TƏKLİF: “Bakıya giriş pullu olsun”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Paytaxtda tıxac problemi hər zaman insanları düşündürən məsələ olub”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, təkliflərdə həm piyadaların, həm də sürücülərin hüquqları nəzərə alınmalıdır:

“Bütövlükdə isə tıxac paytaxt əhalisinin əsas problemlərindən biridir. Məsələn, bəzi ekspertlər tıxacları azaltmaq üçün işıqforların sayını azaltmağı təklif edirlər. Lakin bunun yanlış olduğunu düşünürəm. Mən daha çox piyada gəzənlər təbəqəsinə aid olduğum üçün işıqforların çox olmasını təqdir edirəm. Çünki bəzən yolu keçmək piyadalara çətinlik yaradır. Hətta bəzən avtomobillər piyada zolaqlarında belə onlara yol vermirlər. Ona görə də işıqforların çox olması daha yaxşıdır. Yəni işıqforların sayını azaltmaq tıxacdan çıxış yolu deyil. Əksinə, işıqforların sayını azaltmaq tıxacların artmasına da səbəb ola bilər”. 

Partiya sədri Bakıdakı tıxacları azaltmaq üçün öz fikirlərini səsləndirib: 

“Hazırda ölkədə avtomobillərin sayı həddindən artıq çoxdur. Ona görə də insanların işə getdiyi və işdən çıxdığı zamanlar tıxaclar daha çox olur. Düzdür, 7-8 il əvvəl həmin pik saatlarda yollarda daha dəhşətli vəziyyət yaşanırdı, avtomobillər saatlarla tıxacda qalırdı. Son illərdə yeraltı və yerüstü keçidlərin istifadəyə verilməsi, eləcə də yolların genişləndirilməsi tıxac probleminə çox müsbət mənada təsir etdi. Ancaq buna baxmayaraq, yenə də tıxaclar davam edir”. 

Akif Nağı hesab edir ki, tıxacları azaltmaq üçün paytaxta girişi ödənişli etmək olar: 

“Nəzərə almaq lazımdır ki, artıq yolların genişlənməsi üçün imkan yoxdur. Bundan sonra 2-3 mərtəbəli yollar salınması mümkündür. Yəni Çində və Avropanın bəzi ölkələrində olduğu kimi, belə körpülər inşa etmək tıxacların həllinə kömək edə bilər. Bu barədə düşünmək lazımdır. Həmçinin, avtomobillərin şəhərə girişi ödənişli ola bilər. Dünyada belə bir praktika var. Məsələn, Bakıda da bunu etmək olar. Paytaxtdan kənarda yaşayanlar avtomobillərini şəhərin girişində saxlayaraq, ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bakıya girişin ödənişli olmasını da düşünmək olar”. 

Həmsöhbətimizin daha bir təklifi olub: “Fikrimcə, tək və cüt nömrələr təcrübəsindən istifadə etmək olar. Yəni həftənin tək günləri avtomobil qeydiyyat nişanı tək, cüt günləri isə cüt olan maşınların yollara çıxması mümkündür. Dünyanın bəzi ölkələrində bu qayda tətbiq olunur. Paytaxtımızdakı tıxaca qarşı ffektli bir metod olar. Əgər tıxac problemi kritik həddə çatarsa, bu metodlardan istifadə gündəmə gələ bilər”.

 Elmir Mustafa 
“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri