Icma.az
close
up
RU
Öcalanın çağırışından sonra PKK nə edəcək? Türkiyəli diplomatla MÜSAHİBƏ

Öcalanın çağırışından sonra PKK nə edəcək? Türkiyəli diplomatla MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin Qazaxıstan və Əfqanıstandakı keçmiş baş konsulu Muzaffer Akyıldırımdır. 

Diplomatla PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın silahlarını yerə qoyma çağırışından sonra baş verə biləcək hadisələr barədə danışdıq. 

Onunla PKK-nın özünü ləğv etmək də daxil olmaqla, ehtimallar ətrafında söhbət etdik:

- Muzaffer bəy, Abdullah Öcalanın məlum çağırışından sonra PKK terror qruplaşması tərəfindən bir açıqlama yayımlandı. Açıqlamada çağırışa əməl edəcəkləri bildirilsə də, absurd şərtlər irəli sürdülər. O şərtlərdən biri də PKK-nın ləğv edilməsi ilə bağlı iclası Öcalanın idarə etməsi tələbi idi. Siz bütün bunların fonunda PKK-nın Öcalanın çağırışına cavabını necə qiymətləndirirsiniz? Onlar nə dərəcədə səmimidirlər?

- Əslində, mövzu kifayət qədər dərindir. Belə ki, Kandilin Abdullah Öcalanın məsələyə yanaşmasına öz çərçivəsindən baxmaq və buna uyğun tələblər irəli sürmək kimi problemlərinin olduğu görünür. Təbii ki, Türkiyə Cümhuriyyətinin rəsmiləri prosesin başından bəri Öcalanın çağırışından sonra PKK tərəfindən mütləq bir addım atılacağını, lakin öz mənfəətlərini də hesablayacaqlarını düşünürdülər. Bizim hədəfimiz həm Öcalanın bu prosesi idarə edib-etməyəcəyini görmək, həm də Kandilin həqiqətən səmimiyyətinin var olub-olmadığını anlamaqdır. 

PKK irəli sürdüyü tələblərin qəbul olmayacağını bildiyi halda, onları öz hədəflərinə nail ola biləcək şəkildə təqdim etməyə çalışır. Sadəcə bəzi terrorçular silahı yerə qoyması və ya bunun yalnız PKK bölgəsini əhatə etmək kimi hədəflər ortaya qoyaraq bundan “bazarlıq” ünsürü kimi istifadə etmək istəyirlər. 

- PKK ilə yanaşı, PYD və YPG də qəribə tələblər irəli sürür. Onlar siyasi fəaliyyət yürütmək istəyirlər. Bunu açıqlamalarında görürük. Nə üçün sözügedən terror təşkilatlarının siyasi fəaliyyət hədəfi var?

- PKK yarandığı gündən etibarən irqçi və separatçı “partiya” adı altında ortaya çıxıb. Əslində oradakı partiya sözü onların siyasi partiya olduğunu göstərmir. PKK bununla beynəlxalq ictimaiyyətə siyasətə yönəlik çalışmalar apardığını göstərməyə çalışır. Lakin PKK tamamilə bir terror qruplaşmasıdır və insani məsələlərdən uzaqdır. Onların bu günə qədər törətdiyi terror aktları, meşə yanğınları, hətta kürdlərin yaşadığı kəndlərdə belə etdiyi vəhşiliklər göz önündədir. Biz də müxtəlif vasitələrlə PKK-nın əsl üzünü dünyanın diqqətinə çatdırmağa çalışırıq. 

Ümumiyyətlə, PKK və ona bağlı terror qruplaşmalarının partiya adı altında fəaliyyət tələb etməsi ən böyük yanlışlıqdır. Onlar ilk növbədə terrorla bağlı bütün əməllərindən əl çəkməlidirlər. Ondan sonra arzu edilən demokratik sistem içərisində bəzi siyasi təşkilatlanmadan söhbət gedə bilər. 

- Ən çox diqqətçəkən məqamlardan biri də terror qruplaşmalarının açacağı partiya adında “kürd” sözündən istifadə etmək istəmələridir. Axı nə üçün partiya adında “kürd” sözünün olmasını tələb edirlər?

- İndidən bu adın olub-olmayacağını diqtə etmək çox doğru deyil. Lakin bu yöndə addım atsalar, cəmiyyət tərəfindən əsla qəbul olunmazlar. PKK-nın bu addımı hələ də keçmiş xəyallar və hədəflərindən imtina etmədiklərini göstərəcək. Hərçənd ki, bu, onlara əlavə fürsət verməz və zəmin yaratmaz. Türkiyədə yaşayan insanlarımız etnik problemə deyil, ortaq gələcəyə çatmaq üçün bir araya gəlmək istəyirlər. 

Hazırda Türkiyədə irqçi və sadəcə etnik qrupa xitab edən heç bir partiya yoxdur. Bu şəkildə bir yanaşmanı qəbul etməyimiz mümkün deyil. Əlbəttə ki, xalq da rədd edər. Çünki Türkiyədəki xalqımız və qonşu ölkələrdəki insanlar artıq terrorun sona çatmasını və sülh içində yaşamaq istəyirlər. 

- Sizcə, həqiqətən bütün terrorçular silahı buraxacaqmı?

- Silah buraxmaq bir sıra detalları da özü ilə gətirər. Yəni silahı necə buraxacaqlar? Həmin silahlar kimə təslim ediləcək? Onlar necə nəzarət altına alınacaq? Həmin insanlar cəmiyyətə necə qazandırılacaq? Yenidən bir reabilitasiyadan keçəcəklərmi? İşləyib, demokratik şəkildə özlərini ifadə edən insanlar olacaqlar, yoxsa bir mərkəzdən əmr alıb, sivil mənada terror, irqçi və ya etnik qrupun təmsilçisi olmağa çalışacaqlar? Bütün bu sualların cavablarını çox yaxşı bilməliyik. 

Üstəlik, bu, sadəcə silahlanma deyil. PKK, YPG, PYD, SDG və onlara bağlı bütün strukturlar ortadan qalxmalıdır. Yalnız ondan sonra hansısa addımların atılması gündəmə gələ bilər. Silahı buraxacaq terrorçuların əvvəlki təfəkkürlərindən xilas olaraq, cəmiyyətdə normal yaşaya bilmələri də çox önəmlidir. Onlar bir arada və qardaşlıq içərisində yaşamağı bacarmalıdırlar. Əgər bunu bacarsalar, o zaman terrorsuz Türkiyə hədəfimiz reallaşar.

- Dağa qaçan terrorçuların silahlarını buraxdıqdan sonra onlara hansı cəza veriləcəyi də çox müzakirə olunur. Necə düşünürsünüz, silah buraxan terrorçular barədəsində amnistiya imzalana bilər?

- Düşünürəm ki, onların hamısının həbs olunacağı və ya tamamilə azad olunacağı barədə yanaşma yoxdur. Müxtəlif illərdə çox sayda terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub. Onların bəziləri müxtəlif araşdırmalardan sonra cəza alıb, bəziləri isə cəmiyyətə qarışıblar. Hətta cəmiyyətə qarışanların heç birini barmaqla belə göstərmək mümkün deyil. 

Nəzərə almaq lazımdır ki, aldadılıb dağa qaçırılan, zorla terror aktları törətməyə vadar edilən insanlar da var. Yəqin ki, həmin şəxslərlə bağlı məqbul qərarlar verilə bilər. Məncə, bütün terrorçular artıq funksiyalarının bitdiyini və onları dəstəkləyən kütlənin olmadığını dərk etməlidirlər. Əks təqdirdə, peşman olacaqlar. 

- Ümumiyyətlə, qısa zamanda PKK, PYD, YPG kimi terror qruplaşmalarının tamamilə ləğv oluna bilər?

- PKK rəhbərliyi prosesi çox yaxşı anlamalıdır. Onlar üçün heç bir faydası olmayan bu yoldan geri dönməlidirlər. Türkiyə Cümhuriyyəti terroru bitirməkdə və cəmiyyəti bir araya gətirməkdə qərarlıdır. Rəsmi Ankara bu yöndə addımlar atacaq. 

Türkiyə Cümhuriyyətinin və xalqının gözləntisi ölkədə terror təhdidinin tamamilə ortadan qalxmasıdır. Sadəcə silahları buraxmaq yetməz, terrorla bağlı bütün strukturların ləğv olunması lazımdır. Bu məsələdə Türkiyə son dərəcə qərarlıdır. Rəsmi Ankara demokratik bir çərçivədə bu terror qruplaşmasının ləğv olunmasını dəstəkləyir. Tələblər də daim bununla bağlı olacaq. 

- Proses müsbət nəticələnmədiyi halda nələr olacaq?

- Hədəfimiz prosesin mütləq şəkildə müsbət sona çatmasıdır. PKK və ona bağlı qruplaşmalar Öcalanın çağırışına əməl edərək ləğv olunduqlarını elan etməli və silahlarını yerə qoymalıdırlar. Biz bunun olmayacağını düşünmək istəmirik. Əks təqdirdə, nələr olacağı bəllidir.

PKK rəhbərliyi bunu başa düşməsə, yenidən əvvəlki günlərinə qayıtmayacaqlar. Bu halda terror qruplaşmalarının tamamilə ləğv olunması üçün bütün digər addımlar atılacaq və kökləri kəsiləcək. Biz xalqımıza xoşbəxt gələcək, demokratik yaşam və daha güclü Türkiyə içində qardaşlıq mühiti arzulayırıq. Hər kəs də bunu qəbul edir. PKK-nın mənfəət ardınca qaçan rəhbərliyi də bunları bilməlidir. Mən onların bunları nəzərə alacaqlarına əminəm. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Muzaffer Akyıldırım Azerbaycan Muzaffer Akyıldırım Azərbaycan Abdullah Öcalan PKK Türkiyə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see354

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see133

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri