Icma.az
close
up
RU
Öcalanın çağırışından sonra PKK təslim olmasa... MHPdən özəl AÇIQLAMA

Öcalanın çağırışından sonra PKK təslim olmasa... MHPdən özəl AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatını ləğv etməyə çağırıb.

Bundan sonra kürdlərin DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb.

Türkiyə mətbuatı yazıb ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

Modern.az məsələ ilə bağlı Milliyətçi Hərəkat Partiyasının (MHP) Şanlıurfanı təmsil edən deputatı İbrahim Özyavuzla həmsöhbət olub.

O qeyd edib ki, MHP lideri Öcalandan PKK-nın silahı yer qorumasını və təşkilatın ləğv edildiyini açıqlamasını, axtarışda olanların məhkəməyə çıxarılmasını tələb edib:

"Dövlət Baxçalı Öcalana onun da iştirakı ilə DEM qrupunda lazımi söhbətlərin aparıla biləcəyini qeyd etdi. Amma hələlik müzakirələr davam edir. Ötən gün nümayəndə heyəti sözügedən məsələ ilə bağlı Səlahəddin Demirtaşla görüşüb. Heyət əvvəlcə Öcalanla, sonra rəhbərimizlə, TBMM sədri ilə, AK Parti və CHP qrupları ilə görüşlər keçirib. Ən son isə Demirtaşla görüş keçirilib. Onun da prosesə dəstək olacağı ilə bağlı açıqlama verildi. Türkiyə Prezidenti də eyni sözü dedi ki, terrorsuz Türkiyə üçün hər şey edilir".

MHP deputatı qeyd edib ki, burada digər bir alternativ yol yoxdur: "Tək alternativ var ki, terror təşkilatı silahlarını buraxacaq, axtarışda olanlar məhkəməyə çıxarılacaq. Bunun xaricində bir tələb yoxdur. Əgər silahları könüllü şəkildə buraxmasalar, rəhbərimizin də bildirdiyi kimi onları silahları ilə birlikdə torpağa dəfn ediləcək".

Bəs Öcalanın çağrısı PKK terrorçularının hamısının təslim olmasına səbəb olacaqmı?

Yavuzaslanın sözlərinə görə, bütün terrorçuların silahı buraxıb-buraxmaması önəmli deyil.

"Burada əsas olan rəhbərimizin atdığı addımdır. Bu addım Türkiyədə qardaşlıq layihəsidir. Bu qardaşlıq layihəsinin uğurla nəticələnməsi üçün qarşı tərəfin buna qarşılıq verməsi vacibdir. Əgər onlar bundan sonra TBMM daxilində siyasətlə məşğul olacaqlarsa, terror təşkilatı ilə əlaqələrini kəsməlidirlər. Türkiyə bölgədə bu səbəbdən böyük ölçüdə prestij itirir. Ölkə bununla bağlı maddi-mənəvi sıxıntılar yaşayır. Bölgədəki vəziyyətə baxaraq Türkiyə öz qardaşlığını bərpa etməlidir. Burada da önəmli olan terror təşkilatının qurucusu olan Öcalanın bu çağrını etməsidir. Bu çağrıdan sonra da silah buraxmayanlarla bağlı dövlət üzərinə düşəni edəcək. Onlarla bağlı atılacaq addım bəllidir, silah buraxmayanlar torpağa basdırılacaq. Öcalanın çağrısı ilə bütün PKK silahı buraxar-buraxmaz, bu Türkiyənin məsələsi deyil. Amma bir addım atıldı, bu dəyərləndirilməlidir. Keçmiş zamanda açılış prosesi olmuşdu, amma bu səfərki terror təşkilatının tamamilə ləğv edilməsi məsələsidir. Əvvəlki dönəmdə görüşlər keçirildi, daha sonra şəhərlərin altı qazıldı. Amma bu dəfə elə olmayacaq, bundan sonra yenə o addım atılarsa, həm kürdlər içərisində nüfuz itirilməsi baş verəcək, həm də dövlət daha sürətli və təsirli şəkildə terrorla mübarizəni davam etdirəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri