“Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Azərbaycanın mədəni həyatına yeni bir ünvan əlavə edilir. Bu, “Ocaq” Müasir Sənət Mərkəzi“dir.
20 – 21 iyun tarixlərində “Ocaq” Yaşıl Teatrda “Bakı gecələri” layihəsini təqdim edəcək, paytaxtımızın yay gecələrinə gözəl əhval-ruhiyyə və həzinlik qatacaq.
İyunun 20-də, saat 20.00 - da “Bakı gecələri”ndən 1-cisi “Azərbaycan kinosunun qızıl fondu” adı altında kino musiqimizə həsr ediləcək. Burada milli kinomuzun ən sevilən və yadda qalan mahnıları ölkənin tanınmış ifaçıları, həmçinin aktyorlarımız tərəfindən səsləndiriləcək. Bu gecə kino musiqisinin unudulmaz atmosferini canlandıracaq, özəlliyi ilə hər kəsin zövqünü oxşayacaq.
İyunun 21-də, saat 20.00-da isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ilk dəfə olaraq açıq səma altında nümayiş etdiriləcək.
“Ocağ”ın bu unudulmaz gecələrində xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev, Hacı İsmayılov, İlham Namiq Kamal, Həmidə Ömərova, həmçinin Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Aqşin Abdullayev, ifaçılar Fatimə Cəfərzadə, Amil Həsənoğlu, Kamilə Nəbiyeva, Aşıq Əli, Zabitə Alıyeva, Səbinə Ərəbli, Ayaz Qasımov, İlkin Fuad, Həyat Məmmədova, Zeynal Əhmədov, Ərəstun Quliyev və gənc ifaçı Sevgim tamaşaçılara xoş dəqiqələr bəxş edəcəklər.
Yeni orkestr təqdimatı, rəqs qrupu, xüsusi hazırlanmış ssenari gecəyə sehr qatacaq.
Qeyd edək ki, “Bakı gecələri” layihəsi mədəniyyət səhəsində fərqli formatda təqdim olunacaq tədbirlər toplusudur, özündə yüksək zövqü ehtiva edir, bilavasitə geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulur.
Layihənin ideya rəhbəri Əməkdar artist Ramil Qasımovdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında
22 Oktyabr 2026 14:33
“Nardaran ABAD Keramika Mərkəzi: qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi VİDEO
24 Mart 2026 15:16
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir
28 Oktyabr 2026 13:32
Onun yandırdığı ocaq
09 May 2026 00:19
“Alin” Sənət Mərkəzi Samsunu coşdurdu FOTO VİDEO
24 Aprel 2026 16:11
Baxış sayı:129
Bu xəbər 29 Aprel 2026 18:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları