Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
“Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən sərgi salonunda rəssam Fərid Rəsulovun sənətsevərlərlə görüşü keçirilib.
Görüşdə rəssamın əsərlərinin xalça sənəti vasitəsilə yeni bədii ifadə forması qazanması, eləcə də “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyası müzakirə olunub.
Azərxalça”dan AZƏRTAC-a bildirilib ki, söhbət zamanı rəsm ideyasının xalçaya çevrilməsi, rəssamla xalça ustasının yaradıcı əməkdaşlığı, əl ilə toxunan xalçaların bədii dəyəri və ənənəvi sənətkarlığın müasir incəsənətdə yeri ətrafında fikir mübadiləsi aparılıb. Kolleksiyanın məhdud sayda hazırlanması, xalçanın həm sənət əsəri, həm də interyer elementi kimi təqdimatı və Azərbaycan xalçaçılıq ənənələrinin müasir ifadə imkanları diqqət mərkəzində olub.
Qarabağ xalçaçılıq ənənələrini müasir vizual yanaşma ilə birləşdirən kolleksiya altı xalçadan ibarətdir. “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar” adlanan əsərlər yun və ipək qarışığından 3D texnikası ilə hazırlanıb.
Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiya ilk dəfə həmin festivalda təqdim olunaraq maraqla qarşılanıb. Layihənin əsas məqsədi milli mədəni irsi yalnız qorumaq deyil, onu müasir incəsənət kontekstində yaşatmaq və yeni bədii ifadə imkanlarını üzə çıxarmaqdır.
Görüş iştirakçıları xalçalarla yaxından tanış olmaq, onların teksturasına toxunmaq və əsərlərin bədii xüsusiyyətlərini daha yaxından müşahidə etmək imkanı əldə ediblər.
Qeyd edək ki, Fərid Rəsulovun “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində hazırladığı kolleksiyaya daxil olan xalçalar oktyabrın 30-dan noyabrın 1-dək İçərişəhərdə yerləşən “QGallery” sərgi salonunda “Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” festivalı çərçivəsində təşkil olunacaq “Yaddaşdan ötə” sərgisində nümayiş etdiriləcək.
Baxış sayı:142
Bu xəbər 28 Oktyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















