“Ocaq Sport”un ilk beynəlxalq sınağı: Hokkeyçilərimiz “Galaxy Cup”a gedir
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan hokkey üzrə beynəlxalq turnirdə təmsil olunacaq.
İdman.biz xəbər verir ki, “Ocaq Sport” Klubunun 2013–15-ci il təvəllüdlülərdən ibarət komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək beynəlxalq yarışa qatılacaq.
Təmsilçimiz “Galaxy Cup” turnirinə 10 hokkeyçi ilə yollanacaq. Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə ilk beynəlxalq turnirdir və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım sayılır.
“Ocaq Sport” turnir öncəsi açıq məşqi olacaq. Hazırlıq prosesi mayın 6-da baş tutacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Meydançasındakı məşq saat 17:30-da başlayacaq və 19:00-a qədər davam edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Ocaq Sport un gimnastları Budapeştə yollanıblar
13 Fevral 2025 17:40
Ocaq Sport un gimnastları İstanbul turnirində
26 Fevral 2025 15:07
Ocaq Sport Gracia Cup dan 2 bürünc medalla qayıdır FOTO
17 Fevral 2025 09:42
“Ocaq Sport”un hokkey komandasının baş məşqçisi: “Komandanın çıxışını “5+”la qiymətləndirirəm”
13 May 2025 15:30
Ocaq Sport gimnastlarından 9 qızıl medal FOTO
01 Mart 2025 21:14
Baxış sayı:49
Bu xəbər 05 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















