Icma.az
close
up
RU
“Ocaq Sport”un hokkey komandasının baş məşqçisi: “Komandanın çıxışını “5+”la qiymətləndirirəm”

“Ocaq Sport”un hokkey komandasının baş məşqçisi: “Komandanın çıxışını “5+”la qiymətləndirirəm”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Turnir çox yaxşı keçdi”.

Bunu İdman.biz-ə “Ocaq Sport” Klubunun 2013-15-ci il təvəllüdlülərdən ibarət hokkey komandasının baş məşqçisi Aleksandr Blinov deyib.

O, komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Galaxy Cup" beynəlxalq turnirindəki çıxışını dəyərləndirib. Mütəxəssis bildirib ki, turnir bir çox müsbət məqamlarla yadda qalıb: “Yarışa çox ciddi hazırlaşmışdıq. Azərbaycanı təmsil etməyin məsuliyyətini anlayırdıq. Gündəlik məşqlərdə texniki və nəzəri tərəfdən çox işləmişdik. Hazırlaşmaq üçün vaxtımız az olsa da, bunu bacardıq. Komandamızın turnirin ən gənci olmasına və bir çox oyunçunun hokkey oynamağa cəmi 6-8 ay əvvəl başlamasına baxmayaraq, bürünc medal qazandıq. Bu bizim ilk yarışımız olduğu üçün əsas məqsəd oyun təcrübəsi qazanmaq, real oyun və real rəqiblərlə əlaqə qurmaq idi. Məşqdə çox oynayırıq, amma məşq və rəqabət tamam başqa şeylərdir. Komandanın çıxışını “5+”la qiymətləndirirəm, oyunçularımız uğurlu nəticəyə imza atmağı bacardılar”.

Blinov gələcək hədəflərini də açıqlayıb: “Qarşımıza böyük məqsədlər qoymuşuq. Artıq müxtəlif ölkələrdə yarışlara dəvətlər var. Hazırda bu variantlar üzərində işləyirik. Ən mühüm məqsəd isə Azərbaycan milli hokkey komandasının beynəlxalq federasiyaya üzv olması, dünya çempionatı və Olimpiada kimi beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir. Bunun üçün zaman lazım olduğunu anlayırıq, ancaq hazırki məqsədlərimiz məhz bunlardır”.

Qeyd edək ki, 6 klubun iştirakı ilə təşkil olunan turnirdə hokkeyçilərimiz debüt edib.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri