Icma.az
close
up
RU
OCCRPnin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir FOTOLAR

OCCRPnin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

OCCRP haqqında birinci yazımızda təşkilatın sponsorları haqda məlumat vermişik.  Bu yazıda isə OCCRP-nin Qərbin bir çox rəsmi dövlət qurumlarından maliyyələşmə sxeminə baxacağıq.
ABŞ-nin Vergi xidməti OCCRP-nin digər qanadı olan “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi”ni (GIJN) də  “501(c)(3) maddəsi” ilə gəlir vergisindən azad edib.
Təqdim olunan bu sənəd ABŞ VX-nin saytından götürülüb. Təşkilatın 2015‒2018-ci illər üzrə vergi bəyannaməsində 7-ci xananın () işarələndiyini görürük. Həmin xanada isə “dövlət idarələrindən/dövlət təşkilatları tərəfindən maliyyələşdirilir" yazılıb.

Bu isə OCCRP-nin təmsil etdiyi "Jurnalistikanın İnkişafı Şəbəkəsi"nin (The Journalism Development Network, JDN) 2022-ci il üçün təqim etdiyi vergi bəyannaməsinin surətidir.

Mütəxəssislər hesablayıblar ki, 2011‒2017-ci illər ərzində “əsl müstəqil və azad araşdırmaçı-jurnalistlər” sponsorlardan 10 milyon 812 min dollar maliyyə əldə ediblər. Bu vəsaitin tən yarısı 5 milyon 238 min dolları ABŞ Federal Hökuməti və ya Dövlət Departamentindən gəlib. Unikal “müstəqil və azad fəaliyyət” göstəricisidir!


”USAID”-nin sponsorluq etdiyi layihələrin sayı-hesabı yoxdur.

Dövlət Departamentinin bu təşkilata 6 ildə ayırdığı vəsaitə diqqət edək:

Aşağıdakı cədvəllərdə yalnız dövlət büdcəsindən ayrılan maliyyə və qrantlar əksini tapıb.
2011-ci il üzrə 2, 376, 639 dollar

2014-cü ildə 2 milyon 581 min 865 dollar

2017-ci ildə isə 2 milyon 961 min 408 dollar vəsait ayrılıb.

2016-cı ildə “müstəqil araşdırmaçılar” “korrupsiyaya qarşı mübarizə” adı altında ABŞ Hökumətindən (U.S. Government) 1 mln. 695 min dollar qrant alıblar. Mənbə: OCCRP-in 2016-cı il üçün hesabatı, səh. 48

Ümumi götürsək, JDN təşkilatını ABŞ-nin əksər dövlət qurumlarının maliyyələşdirdiyi təkzibolunmaz faktdır. istinad 

JDN-in ABŞ dövlət qurumları tərəfindən maliyyələşməsi hətta təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda əks olunub. 2016-cı ildə təşkilatda keçirilən audit yoxlaması üzrə hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar, həmin qrant və mükafatlar qeyd edilir. (Audit report financial and federal award compliance examinatıon for the year ended. December 31, 2016 )
JDN-in dövlət büdcəsindən maliyyələşməsini təsdiqləyən daha bir fakt.
Əldə edilən audit yoxlama hesabatlarından birində ''The Journalism Development Network'' təşkilatına ciddi irad tutulmasına rast gəlirik.  Onların külli miqdarda pulu əvvəlcədən almalarına baxmayaraq, vəsaiti lazım olan vaxtda xərcləyə bilməmələri tənqid olunur. Məhz audit hesabatında Direktorlar Şurasına ABŞ maliyyəsinə münasibətdə bu ''acgözlüyün'' yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə ''daha insaflı və diqqətli olmaq'' tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful). Ümumilikdə isə audit hesabatında ABŞ büdcəsindən külli miqdarda pul alınması, vəsaitin vəd etdiyi vaxtda xərclənməməsi, maliyyə şəffaflığına riayət edilmədiyi və şübhəli xərclərə yol verildiyi haqda qeydlər var.

2015-2016-cı illərdə ayrılan dövlət büdcəsindən ayrılan 6 milyon ABŞ dollarına yaxın maliyyənin hesabatı təəssüf ki, hazırda səhifədə görünmür, bəlli olmayan səbəblərdən silinib. Link

ABŞ Dövlət Departamentinin digər dövlətlərdə fəaliyyət göstərən “müstəqil araşdırmaçılara” külli miqdarda vəsait ayırdığı haqda məlumatlar açıq mənbələrdə kifayət qədər çoxdur. Maraqlısı budur ki, bu vəsaitlərin ayrılması açıq-aşkar edilir, bununla da beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilmir. . Misal üçün, 2012-ci ildə  Dövlət Departamenti OCCRP-yə 141,179 dollar qrant ayırması haqda məlumat yayılıb. Skrindən də görünür ki, “əlaqələndiriclər” bölməsində “N/A”, yəni “göstərilmir” yazılıb. Maraqlıdır ki, bu pullar “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin adı birə-bir kopyalanmış federal dövlət proqramına ayrılıb. (Mənbə: OCCRP-nin 2012-ci il hesabatı, səh. 62) 

Anonimlik və gizlilik “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” kimi "açıq, şəffaf, müstəqil" təşkilatların maliyyələşdirilməsinin az qala vizit kartına çevrilib. Digərlərindən açıqlıq, şəffaflıq, məmurlardan gəlirlər haqda bəyannamə tələb edən “korrupsiyaya qarşı mübarizlər” özləri maliyyə hesabatlarında açıqlıq və şəffaflığın təmin olunmasına məhəl qoymurlar. Təqdim olunan bu skrin 2020-ci ildə aşkar olunub. Həmin vaxt OCCRP-nin 2018 və 2019-cu illər üzrə hesabatları saytlarında yerləşdirilməmişdir.

Bu isə yaxın günlərdə bizim aşkar etdiyimiz faktlardır. Misal üçün, bu skrin, OCRRP-nin saytından götürülüb.

Göründüyü kimi, 2018-dən 2022-ci ilə qədər illər üzrə hesabatların “pdf”  formatında verilib. Oxuculardan sayta daxil olub bu hesabatlardan hansısa birini endirməyi izafi vaxt itkisi baxımından məsləhət görmürük. Çünki görüntü olaraq mövcud olsa da, reallıqda bu sənədlər əlçatan deyil.



Bir faktı da qeyd edək ki, OCCRP-nin korrupsiya arşdırmalarında onlara sponsorluq edən dövlətlərin (əlavə olaraq Argentina, Avstraliya, Norveç, İsveçrə) adlarına heç vaxt rast gələ bilmərik. Sifarişi verən bu dövlətlərdirsə, hansı müstəqil fəaliyyətdən, tərəfsiz, ədalətli hesabatdan söhbət gedə bilər?!
Donorları ABŞ Dövlət Departamenti, Fransa Avropa və Xarici Əlaqələr Nazirliyi, habelə İsveçrə, Böyük Britaniya, İsveç və Danimarkanın rəsmi dövlət strukturları olan bir təşkilatın özünə “müstəqil” adı verməsi riyakarlıqdan başqa bir şey deyil. (faktyoxla.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri