Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın ən böyük maliyyə sənədi

Müstəqil Azərbaycanın ən böyük maliyyə sənədi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

2025-ci ilin büdcə zərfi bütün hədəflər üçün əsaslı təminat yaradır

Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiq edib. Sənədə əsasən, gələn il büdcənin gəlirləri 38 milyard 356 milyon manat  müəyyən edilməklə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 faiz çoxdur. Büdcə xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat olmaqla cari ilin mövcud xərclərindən 4,2 faiz çox nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 3 milyard 51 milyon manat təşkil etməklə ümumi daxili məhsulun (ÜDM) 2,4 faizinə bərabərdir. Nəticədə növbəti ilin büdcə kəsirinin həcmi illik müqayisədə 9 faiz azalmış olacaq.

“Açıq Büdcə Sorğusu”nun metodologiyası, şəffaflıq prinsipləri...

2025-ci ilin dövlət büdcəsi layihəsi dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin  “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Yeni ilin büdcə layihəsi müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük büdcə zərfi deməkdir. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri nominal və fun?sional baxımdan ən böyük xərc toplusu hesab oluna bilər. Belə ki, xərclərin məbləği 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu isə büdcənin yığım potensialı nəzərə alınmaqla böyük bir maliyyə təminatının yaradılması deməkdir.

Müdafiə xərcləri 8,4 milyard, azad ərazilər üzrə xərclər 4 milyard manat

2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edəcək.

Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,  mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin  bərpası və yenidən qurulması, yaşayış evlərinin  tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.

Yeri gəlmişkən, gələn il büdcədən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 280 milyon manatı köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.

Sosialyönümlü xərclərin maliyyə tutumu 20 milyard manata yaxındır

2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Bu, eyni zamanda, birbaşa sosial xərclərin maliyyə tutumunun 20 milyard manata yaxın olmaqla əhatəli sosial qərarların qəbul edilməsini gerçəkləşdirəcək. Təkcə sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 7,8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyyətli maliyyə mənbəyi formalaşacaq. Yəni, 13 milyard manata yaxın sosial təminat xərcləri hesabına pensiya və münavinətlər, minimum əməkhaqları, təqaüdlərin artımı təmin ediləcək.

Bundan başqa, digər sosial xərc maddələrini də nəzərə aldıqda, böyük həcmdə sosial büdcə formalaşmaqla 2025-ci ildə növbəti sosial islahat paketinin icrası mümkün olacaq. Bu isə digər sosial normativlərin, o cümlədən ünvanlı sosial yardımın, yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər kateqoriyalar üzrə sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə və s. sosial qruplara ödənilən Prezident təqaüdlərinin artımı üçün də maliyyə təminatı yaratmış olacaq.

Funksional təsnifat üzrə xərclərin bölgüsü

Onu da qeyd edək ki, dövlət başçısının büdcə ilə bağlı imzaladığı fərmanda büdcə qanunun tətbiqindən irəli gələn bir sıra məsələlərin həlli də yer alıb. Belə ki, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və bu istiqamətdə müvafiq tədbirlərin istiqamətləri müəyyənləşib. Bu o deməkdir ki, funksional təsnifat üzrə 2025-ci ildə iqtisadi fəaliyyət xərclərinə 8,4 milyard manat, ümumi dövlət xidmətləri üzrə xərclərinə 5,2 milyard manat, təhsil sektoruna 4,9 milyard manat, səhiyyəyə təxminən 2 milyard manat ayrılacaq. Kənd təsərrüfatı üzrə funksional bölməyə 1,2 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Funksional təsnifata uyğun olaraq, investisiya layihələrinə 1 milyard 100 milyon manat, Naxçıvan Muxtar Respublikasına 150 milyon manat vəsait ayrılacaq. “Yaşıl enerji” hədəflərinə uyğun olaraq, gələn il bu tipli layihələrə ayrılan büdcə xərclərinin həcmi isə cari illə nisbətdə 16 faiz artacaq.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri