Icma.az
close
up
RU
ÖDƏNİŞLİ İXTİSASLARA QƏBUL OLAN TƏLƏBƏLƏR NƏ EDƏCƏK? “Bu kreditlərin əhatə dairəsi genişləndirilməlidir...”

ÖDƏNİŞLİ İXTİSASLARA QƏBUL OLAN TƏLƏBƏLƏR NƏ EDƏCƏK? “Bu kreditlərin əhatə dairəsi genişləndirilməlidir...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

“Bu olmasa təhsil hamı üçün əlçatan olmalıdır prinsipi kağız üzərində qalacaq”

Məlum olduğu kimi, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb. Bu il müsabiqədə 88 756 nəfər iştirak edib. Onlardan 57 236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olunanların 27 956 nəfəri (o cümlədən 1728 subbakalavr) dövlət sifarişi əsasında, 29 280 nəfəri (o cümlədən 4733 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, qəbul nəticələrinin açıqlanmasından qısa müddət əvvəl 2025–2026-cı tədris ilində bəzi ixtisas qrupları üzrə bir sıra universitetlərdə illik təhsil haqları artırılıb. Məsələn, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manat aralığında, Azərbaycan Dövlət Pedaqoji Universitetində ödəniş 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib. Qiymət artımı xüsusilə Politologiya, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Filologiya (ərəb, fars, türk dilləri), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Beynəlxalq münasibətlər ixtisaslarında müşahidə olunub.

Ali məktəblərdə ödənişli yerlərin çoxluğu və təhsil haqqının artması fonunda Tələbə Təhsil Kredit Fondu (TTKF) tərəfindən tələbələr üçün təqdim olunan imkanlar yenidən gündəmə gəlib. Məlumat üçün qeyd edək ki, fond 2021-ci ildən fəaliyyət göstərir və əsas məqsədi gənclərin ali təhsilə daha rahat və əlçatan şəkildə daxil olmasını təmin etməkdir. TTKF tələbələrə iki növ kredit təqdim edir – sosial kreditlər və kommersiya kreditləri. Sosial kreditlər daha çox aztəminatlı ailələrdən olan gənclərə yönəlib və onların təhsil haqqını ödəməkdə kömək edir. Kommersiya kreditləri isə digər tələbələr üçün əlverişli ödəniş şərtləri ilə təqdim olunur.

Bəs maraqlıdır, fond bütün tələbələr üçün əlçatan sayıla bilərmi və onların ehtiyaclarını nə dərəcədə qarşılayır?


Bu barədə təhsil eksperti Kamran Əsədov “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycan ali təhsilində təhsil haqları reallıqdan çox uzaqdır: “Qəbul nəticələri göstərir ki, plan yerlərinin böyük əksəriyyəti dolur. Bu isə aztəminatlı ailələrin övladlarının yalnız ödənişli əsaslarla oxumaq şansı ilə üz-üzə qalması deməkdir. Dövlət Tələbə Təhsil Krediti Fondu belə tələbələr üçün nəzərdə tutulsa da, faktiki vəziyyət onun əlçatanlıq səviyyəsinin aşağı olduğunu sübut edir. Statistikaya görə, bu fond vasitəsilə təhsil kreditlərindən yararlanan tələbələrin payı cəmi 11–12 faizdir. Yəni hər 100 tələbədən yalnız 10–12 nəfər bu imkandan istifadə edə bilir. Bu göstərici inkişaf etmiş ölkələrdəki təcrübə ilə müqayisədə çox aşağıdır. Məsələn, ABŞ-də bakalavr pilləsində oxuyan tələbələrin 65 faizdən çoxu tələbə krediti götürür, Almaniyada isə təhsil pulsuz olsa da, “BAfÖG” adlı xüsusi dəstək proqramından tələbələrin təxminən 25–30 faizi yararlanır. Azərbaycanda isə göstəricinin 12 faizdən yuxarı qalxmaması kreditin şərtlərinin, mexanizminin və ictimai məlumatlandırmanın yetərli olmadığını göstərir.”

Ekspert qeyd edir ki, əsas səbəblərdən biri kreditin alınmasının çoxsaylı bürokratik tələblərlə müşayiət olunmasıdır: *“Valideynin gəlir arayışları, sosial status sənədləri, zəmanətlər və digər prosedurlar bir çox ailələr üçün maneə yaradır. Bundan başqa, kreditin şərtləri hər kəs üçün eyni deyil. Məsələn, güzəştli kreditlər yalnız müəyyən sosial qruplara – aztəminatlı ailələrə, şəhid övladlarına, əlilliyi olan tələbələrə – təqdim edilir. Digər tələbələr isə kommersiya şərtləri ilə kredit götürməli olur. Bu isə faiz dərəcələrinə görə ailələr üçün əlavə yük deməkdir. Təhsil haqqının artması isə problemi daha da dərinləşdirir. Bir sıra universitetlərdə, xüsusilə də özəl ali məktəblərdə illik ödəniş 5000–6000 manata qədər yüksəlib. Dövlət universitetlərində də ödənişlər mərhələli şəkildə artırılıb. Bu şəraitdə təhsil kreditinin sadəcə mövcud olması kifayət deyil, onun real əlçatan olması vacibdir. Əgər yalnız tələbələrin 12 faizi bu imkandan yararlana bilirsə, deməli, fondun əsas missiyası yerinə yetirilmir.”

K. Əsədovun sözlərinə görə, fond tərəfindən edilə biləcək güzəştlərlə bağlı bir neçə istiqamət xüsusi vurğulanmalıdır : “Birincisi, müraciət prosedurları sadələşdirilməlidir. Tələbədən onlarla sənəd istənilməsi onun müraciətini çətinləşdirir və çoxlarını prosesdən uzaqlaşdırır. İkincisi, güzəştli kreditlərin əhatə dairəsi genişləndirilməli, yalnız sosial statusa görə deyil, ailənin real maliyyə vəziyyətinə görə də qiymətləndirmə aparılmalıdır. Üçüncüsü, kreditlərin faiz dərəcələri daha aşağı salınmalı, bəzi hallarda isə sıfır faizlik uzunmüddətli ödəniş imkanı təqdim edilməlidir. Dünya təcrübəsində tələbə krediti məhz gələcək əmək fəaliyyətinə uyğun olaraq geri qaytarıldığı üçün tələbəyə əlavə yük yaratmır. Azərbaycanda isə kredit qaytarma mexanizmi daha sərt olduğundan tələbələr buna yanaşmağa çəkinirlər.”

“Nəticə etibarilə, Təhsil Tələbə Krediti Fondu tələbələrin təhsil imkanlarını genişləndirmək üçün yaradılıb, amma hazırkı statistik göstəricilər onun hələ də məqsədinə tam xidmət etmədiyini göstərir. Əgər fondun əhatə dairəsi genişlənməsə, prosedurlar sadələşdirilməsə və faiz yükü azaldılmasa, təhsil haqqının davamlı artımı fonunda daha çox tələbə təhsildən kənarda qalacaq. Elm və Təhsil Nazirliyi bu istiqamətdə ictimai müzakirələr açmalı, konkret planlar təqdim etməli, fondu sadəcə formal qurum kimi deyil, həqiqi sosial dəstək mexanizmi kimi fəaliyyət göstərməyə məcbur etməlidir. Əks halda, “təhsil hamı üçün əlçatan olmalıdır” prinsipi kağız üzərində qalacaq*, – deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri