Ödənişli xidmətlərin dəyəri ötən illə müqayisədə 9 faiz artıb
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Ötən 8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:Azərbaycanda ödənişli xidmətlərin ümumi dəyəri 9 faiz artıb
15 Oktyabr 2025 16:54
Bakıda ödənişli xidmətlərin dəyəri 9%dən çox artıb
02 Yanvar 2025 13:00
Bakıda ödənişli xidmətlərin dəyəri artıb
26 Avqust 2025 13:24
Azərbaycanda ödənişli xidmətlərin dəyəri artıb
13 Sentyabr 2025 09:47
Ödənişli xidmətlərin dəyəri artdı
29 May 2025 11:11
Baxış sayı:117
Bu xəbər 13 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















