Odero, Visa Ready Full sertifikasiyasını uğurla tamamladı
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
(®) Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti Odero (Token Azərbaycan MMC), Visa tərəfindən təqdim edilən “Visa Ready Full” sertifikasiyasını tamamlayaraq “Visa Certified Payment Facilitator” statusunu alıb.
Bu sertifikat, yalnız Visa-nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur.
Qeyd edilən sertifikat xüsusilə turizm, rent a car və otel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır.
Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə Visa standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, Odero ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər.
Odero-nun Baş Direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Mart 2026 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















