Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

TuranBank strateji layihəni uğurla tamamladı

TuranBank strateji layihəni uğurla tamamladı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və praktiki metodları birləşdirərək maliyyə sektorunda daha inklüziv təcrübələrin dəstəklənməsini təmin edir.

Layihə çərçivəsində, cari ilin 14-19 mart tarixlərində Enabling Qapital fondunun vasitəçiliyi ilə Kolumbiya Universitetinin magistratura səviyyəsində təhsil alan 7 tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırmalar aparmaq imkanı əldə ediblər. Tələbələr Bankın baş ofisi ilə yanaşı, filiallarda fəaliyyət göstərən qadın rəhbər heyəti ilə görüşlər keçirərək Bankın idarəetmə strukturlarında qadınların rolu, iş yerində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin Bankın qadın sahibkarlara verdiyi dəstək, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və biznes sahəsində qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

19 mart 2025- ci il tarixində layihənin yekun təqdimatı keçirilib və Bankın gender bərabərliyinə dair həyata keçirdiyi təşəbbüslərin nəticələri, əldə edilən əsas nailiyyətlər və gələcəkdə bu istiqamətdə tətbiq ediləcək təkmilləşdirmələr barədə bankın rəhbərliyi ilə ətraflı müzakirələr aparılıb. Sonda Bankın bu sahədəki fəaliyyətinin gücləndirilməsi üçün konkret fəaliyyət planı təqdim olunub. Fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər arasında təhsil proqramları, mentorluq layihələri və gender əsaslı ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsi yer alıb.

TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev layihənin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndiriləcəyini vurğulayıb:

“Biz gender bərabərliyini yalnız bir siyasət kimi deyil, inkişaf strategiyamızın əsas sütunlarından biri kimi dəyərləndiririk. İnklüziv və dəstəkləyici bir mühit yaradaraq, biz hər bir əməkdaşımıza, cinsindən asılı olmayaraq, inkişaf etmək imkanı təmin edirik. Eyni zamanda, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılması və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində daim dəstəkləyici tədbirlər görürük. TuranBank olaraq, işgüzar sahədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.”

Enabling Qapital Fondunun nümayəndəsi Farida Abdulhafizova Fondun bu sahədə davam edən öhdəliyi çərçivəsində maliyyə institutlarında gender bərabərliyinin vacibliyini vurğulayıb:

“Biz, TuranBank-ın gender bərabərliyinin yalnız bir siyasət deyil, həm də Bankın əsas dəyər prinsiplərindən biri olması ilə bağlı yanaşmaları ilə həmfikirik. Tədqiqatlar göstərir ki, güclü qadın sahibkarları və əməkdaşları olan maliyyə qurumları daha uğurlu nəticələr əldə edirlər. Bu məqsədlə, biz Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi” ilə birgə maliyyə institutlarına bu potensiallarını aktiv həyata keçirməyə dəstək olmaq üçün fəaliyyət planı hazırladıq.”

Məlumat üçün bildirək ki, TuranBank, öz fəaliyyətində gender bərabərliyinə xüsusi diqqət ayırır və beynəlxalq tərəfdaşların dəstəyilə həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi həyatdakı rolunu artırmağa və onların biznes sahələrində daha fəal iştirakını dəstəkləməyə töhfə verəcəyinə əmindir.

Ölkənin lider banklarından olan TuranBank 22 satış nöqtəsilə müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri