Ofis işçiləri hər gün duş qəbul edəcək
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Koreyada fəaliyyət göstərən şirkətlərdən biri əməkdaşlara yay aylarında gündə ən azı bir dəfə duş qəbul etməyi tövsiyə edib.
News24.az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Şirkətin adı açıqlanmasa da, foto "X" sosial şəbəkəsində həmin şirkətin əməkdaşlarından biri tərəfindən paylaşılıb.
"İsti yay yaxınlaşdıqca, bütün əməkdaşlardan şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - müraciətdə bildirilir.
Məktubda işçilərə təmiz paltar geyinmək, dezodorant və nəm salfetlərdən istifadə etmək, eləcə də iş otaqlarını havalandırmaq tövsiyə olunub.
"Düşünməyin ki, sizdən qoxu gəlmir, sadəcə həmkarlarınız bu barədə sizə heç nə demirlər", - deyə müraciətin sonunda vurğulanıb./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















