Icma.az
close
up
RU
Ofisdə, evdə kamera quraşdıranda Bunlara diqqət etməlisiniz

Ofisdə, evdə kamera quraşdıranda Bunlara diqqət etməlisiniz

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirib. Aparılmış araşdırmalarla, həmçinin Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.

Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib. Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.

DTX vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edir.

Ofisində və ya mənzilində videomüşahidə kameraları quraşdırmaq istəyən Azərbaycan vətəndaşları nələrə diqqət etməlidir? Belə vətəndaşlar hansı tip kameraları almalı və ya almamalıdır? Vətəndaş ofisində və ya mənzilində quraşdırdığı videomüşahidə kameralarına qanunsuz müdaxilə olunduğunu necə bilə bilər? Hansı hallar müdaxilənin baş verdiyinə şübhələnmək üçün əsas verir?

News24.az xəbər verir ki, medianews.az saytı bu suallarla Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasova müraciət edib. 

Ofisdə, evdə kamera quraşdıranda - Bunlara diqqət etməlisiniz

E.Abbasov bildirib ki, videomüşahidə sistemlərinin təhlükəsizliyi üçün ən vacib məqamlardan biri köhnə model kameraların və ya köhnə proqram təminatı ilə işləyən cihazların vaxtında yenilənməsidir: “Çox vaxt istifadəçilər DVR (rəqəmsal video qeydiyyatçı) sistemlərində uzun müddət proqram təminatını yeniləmirlər, bu da ciddi zəifliklərə və kənardan müdaxiləyə yol aça bilər. Xüsusilə əvvəlcədən təyin olunmuş (default) şifrələr dəyişdirilmədikdə və ya sistemdə avtomatik yeniləmə funksiyası aktiv olmadıqda, kameralar hədəfə çevrilə bilər. Bu səbəbdən istifadəçilər mütəmadi olaraq cihazların “firmware” versiyalarını yoxlamalı və rəsmi mənbələrdən ən son yeniləmələri tətbiq etməlidirlər”.

E.Abbasovun sözlərinə görə, DVR cihazlarının internetə birbaşa çıxış etməsindən öncə mütləq şəbəkə səviyyəsində “firewall” (şəbəkə təhlükəsizlik divarı) qurulmalıdır: “Bu, şəbəkəyə daxil olan və ya oradan çıxan məlumat axınlarını filtrasiya edərək kənar müdaxilələrin qarşısını alır. Sadə ev istifadəçiləri üçün isə bu funksiyanı müasir router cihazları da qismən yerinə yetirə bilər”.

Ekspert bildirib ki, kamera sistemlərinin bulud xidmətlərinə qoşulmadan lokal şəbəkə daxilində işləməsi də əlavə təhlükəsizlik təmin edir: “Qısası, istər texniki biliklə, istərsə də mütəxəssis dəstəyi ilə kamera sistemləri düzgün qurulmalı və mütəmadi olaraq texniki baxışdan keçirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri