Icma.az
close
up
RU
Onlar da pensiyaya daha tez çıxacaq? çoxuşaqlı ailələr diqqətdə

Onlar da pensiyaya daha tez çıxacaq? çoxuşaqlı ailələr diqqətdə

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub. Belə təkliflə Milli Məclisin keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

Yada salaq ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.

Bəs Əli Məsimlinin təklifi nə dərəcədə reallaşa biləndir? Bu, ölkədə əhali sayının artımına əlavə stimul verə bilərmi? Hansı artımda ki, son illər durğunluq və ya azalma tempi müşahidə olunmaqdadır.

Natiq Cəfərli

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsqavat”a danışıb. İqtisadçı qeyd edib ki, ölkədə çoxuşaqlılıq anlayışının dəyişdirilməsinə ehtiyac var: “30-50 il əvvəl 5 uşaq belə çoxuşaqlı hesab edilmirdi; 8-10 uşaqlı ailələr geniş yayılmışdı. Amma indi həm dünyada, həm də Azərbaycanda çoxuşaqlı ailə modeli əhəmiyyətli dərəcədə dəyişib. Düşünürəm ki, təklif normaldır və 3 uşağı olan anaların belə vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olmalıdır. Bu, sosial ədalət prinsipinə də uyğundur”.

İqtisadçı bununla belə, qeyd edib ki, məsələnin başqa tərəfi də var: “Söhbət işləyən insanlardan gedir, xüsusilə də dövlət büdcəsi təşkilatlarında çalışanlardan. Onlar vaxtından əvvəl pensiyaya çıxmağa hazırdırlarmı və bunu istəyirlərmi? Əgər həmin şəxslərin aldıqları maaş pensiyadan bəzən 2-3 dəfə çox olursa, onların özləri belə təqaüdə çıxmağa tələsmirlər. Xüsusilə də dövlət orqanlarında çalışanlardan söhbət gedir. Onların da sayı az deyil, təxminən 9 min nəfərdir və onların da böyük əksəriyyəti qadınlardır.

Bu baxımdan məsələ yalnız vaxtından əvvəl pensiyaya çıxmaq hüququ ilə bitmir. Bununla yanaşı, pensiyaların nəzərəçarpacaq dərəcədə artırılması məsələsi də ciddi müzakirə edilməlidir. Çünki əgər maaş-pensiya fərqi bu qədər böyük olaraq qalacaqsa, çoxları üçün vaxtından əvvəl pensiyaya çıxmaq, sadəcə, formal hüquq olaraq qalacaq, real seçimə çevrilməyəcək.

Yəni çoxuşaqlı analara erkən pensiya imkanı yaradılması sosial siyasət baxımından müsbət addımdır, amma bunun effektiv olması üçün eyni zamanda pensiya məbləğlərinin də əhəmiyyətli şəkildə artırılması vacibdir".

Üzeyir Şəfiyev

Məsələ ilə bağlı danışansosioloq Üzeyir Şəfiyev də təklifi təqdir etdiyini deyib: “Bir müddət əvvəl təklif olunmuşdu ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin və hazırda 5 uşaqlı ailələrə təqdim olunan imtiyazlar 3 uşaqlı ailələrə də şamil edilsin. Bu, maraqlı və əslində zəruri təklifdir. Biz sosioloqlar da dəfələrlə bu fikri səsləndirmişik. Qeyd edim ki, belə bir dəyişiklik təbii artımı motivasiya edə bilər. Çünki ailə planlaşdırılmasında gənc ailələr 1-2 uşaqla kifayətlənmək əvəzinə, ən azı 3 uşağa üstünlük verməyə çalışacaqlar ki, çoxuşaqlı ailəyə verilən imtiyazlardan yararlansınlar.

Bəs bu təklif nə dərəcədə real görünür? Hesab edirəm ki, bu, dövlətin fiskal siyasətindən və maliyyə imkanlarından birbaşa asılıdır. Maliyyə gücü uyğun olarsa, bu təklif tamamilə həyata keçirilə bilər. Çünki sosial siyasətdə iki vacib prinsip var: əlçatanlıq və davamlılıq".

Sosioloqun fikrincə, əgər bu addım atılacaqsa, davamlı və uzunmüddətli olmalıdır: “Sosial müdafiə siyasəti yalnız mövcud vəziyyətə deyil, gələcək nəsillərə də hesablanmalıdır. Təklif yaxşıdır və mən bunu müsbət qiymətləndirirəm. Əgər bu model qəbul olunsa, Azərbaycanda ailə planlaşdırılması prosesində ailələrin böyük qismi artıq 3 uşağı hədəf seçəcək.

Lakin əgər dövlətin maliyyə vəziyyəti bu yükü daşımağa imkan verməzsə, bu təklif müəyyən mübahisələr doğura bilər. Çünki hazırda 3-dən çox uşağı olan ailələrin sayı təxminən 110 min civarındadır. İmtiyazların 3 uşaqlı ailələrə də şamil edilməsi bu rəqəmi daha da artıracaq və bu zaman dövlətin maliyyə gücünün buna yetib-yetməyəcəyi əsas suallardan biri olacaq.

Amma dövlətin strateji hədəfləri baxımından bu addım prioritetdir və müsbət nəticələr verə bilər. Çünki artıq bir neçə ildir ki, ölkədə təbii artımda ləngimə müşahidə edilir. Bu tendensiya davam edərsə, orta perspektivdə həm əhali sayının azalması, həm də keyfiyyətli demoqrafik strukturun zəifləməsi kimi problemlərlə üzləşə bilərik. Bu baxımdan, çoxuşaqlı ailələrin stimullaşdırılması demoqrafik siyasətdə ən effektiv alətlərdən biri kimi görünür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri