Icma.az
close
up
RU
Ögey övlad bu halda vərəsə ola bilməz Qərar

Ögey övlad bu halda vərəsə ola bilməz Qərar

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmə vərəsəliklə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

Axar.az xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan işi üzrə qəbul olunub.

İşin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olmuş, müəyyən müddətdən sonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat edib. İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb. O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.

Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri iddianı təmin etməyib. İddiaçı Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.

O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir.

Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.

Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.

Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanıb. Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulan hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.

Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutub. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz.

O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirib. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalan mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.

Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see191

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see189

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see155

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see141

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see136

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see135

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see132

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see130

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see126

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see125

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see125

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see123

Müslüm Maqomayevin SSRİ də göstərilməyən konserti

17 Avqust 2025 09:29see123

Pol Qoblun nəzərə almadığı reallıq

17 Avqust 2025 10:53see122

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see121

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see121

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see119

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see117

O nə idi elə, Abasov?

17 Avqust 2025 10:02see117

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri