Icma.az
close
up
RU
Oğlan övladına üstünlük vermək cəmiyyət üçün ciddi sosial problemlərə yol aça bilər Lalə Meharlı

Oğlan övladına üstünlük vermək cəmiyyət üçün ciddi sosial problemlərə yol aça bilər Lalə Meharlı

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətində balanssızlıq müşahidə olunur. Belə ki, hər 100 qıza 113 oğlan düşür. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üçün açıqladığı məlumatda qeyd edilib.

Mövzu ilə bağlı sosioloq Lalə Mehranlı Redaktor.az-a fikirlərini bölüşüb.  Onun sözlərinə görə, bu hal Azərbaycan cəmiyyəti üçün hər zaman xarakterik olub:

“Belə balanssızlıq hər zaman mövcud olub. Həmişə oğlan uşaqları qız uşaqlarından daha çox doğulub”. 

Sosioloq bu vəziyyətin əsas səbəblərini də açıqlayıb: 

“Bunun kökündə selektiv abortlar, süni mayalanma zamanı cinsin əvvəlcədən müəyyən edilməsi və xüsusilə ailələrdə – daha çox böyüklər arasında oğlan övladına olan xüsusi rəğbət dayanır. Məhz bu səbəbdəndir ki, Azərbaycan həm ümumi abort, həm də selektiv abort göstəricilərinə görə dünya üzrə ön sıralarda yer alır”.

Lalə Mehranlının fikrincə, bu yanaşma ictimai şüurda dəyişiklik yaratmalı, insanlar bu cür davranışın həm cəmiyyətə, həm də birbaşa öz ailələrinə zərər verdiyini dərk etməlidirlər: 

“Qız uşaqlarını abort etdirmək və oğlan övladına üstünlük vermək cəmiyyət üçün ciddi sosial problemlərə yol aça bilər. Bu problemlərin ilkin əlamətləri artıq bu gündən hiss olunmaqdadır.Valideynlər, xüsusilə yalnız bir övlad sahibi olmaq istəyənlər, adətən oğlan uşağı arzusunda olurlar. Bunun əsas səbəbi isə nəsil davamçısı fikridir. Elə bunun nəticəsidir ki, hazırda bağçalarda və məktəblərdə oğlan uşaqlarının sayı qız uşaqlarının sayını xeyli üstələyir. Bu isə gələcəkdə ailə qurmaq imkanlarının azalmasına səbəb ola bilər”. 

Lalə Mehranlı bildirdi ki, belə hallarda valideynlər yalnız bu günü deyil, sabahı da düşünməlidirlər: 

“Sən övladını evləndirmək istəyəndə, qız uşağı tapmayanda və bu oğlan uşaqlarının doğulmasında bilavasitə rolu olan qadınlar olmadıqda, nə edəcəksən? Bir sözlə, qız uşaqları da oğlan uşaqları qədər cəmiyyət üçün eyni dərəcədə əhəmiyyətlidir”, - deyə müsahibimiz vurğulayıb. 

Nigar İMANOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri