Soyuq havalarda kökəlməmək üçün bu qidalara üstünlük vermək lazımdır
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az Foodinfo.az saytına istinadla xəbər verir ki, endokrinoloq Alyona Vavilova payız və qış aylarında peçenye və çips kimi qəlyanaltıları meyvə dilimləri və tərəvəz çubuqları ilə əvəz etməyi tövsiyə edir. Mütəxəssis menyuda alma, göbələk, kələm, balqabaq, şalğam və nar kimi mövsümi məhsulların artırılmasını məsləhət görür.
Soyuq havalarda tərəvəz şorbaları və pörtlədilmiş yeməklər də yaxşı seçim ola bilər. Zülal mənbələri arasında paxlalılar və yağlı balıqlar xüsusi qeyd olunur. Bu məhsullar toxluq hissinin qorunmasına və rasionun qida dəyərinin artırılmasına kömək edir. Gün ərzində kifayət qədər su içmək də vacibdir. İçkilər arasında nanə kimi bitkilərdən hazırlanan çaylara, limon və zəncəfil əlavə edilmiş çaya üstünlük vermək olar.
Mövsümi qidalanma çəkiyə nəzarəti asanlaşdıra bilər, lakin nəticə ümumi enerji qəbulundan və fiziki aktivlikdən asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















