Icma.az
close
up
RU
Oğlu Əsədin Suriyadan necə qaçdığını açıqladı: “Evimizə rus bir məmur gəldi”

Oğlu Əsədin Suriyadan necə qaçdığını açıqladı: “Evimizə rus bir məmur gəldi”

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Suriyanın keçmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd atasının Suriyadan qaçmasından danışıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Telegram” kanalında məlumat yayıb.  
Hafiz Əsədin sözlərinə görə, Bəşər Əsəd Rusiyadan gələn məmurla görüşdən sonra Suriyanı tərk edib.
Onun dediyinə görə, əgər ailəsi qaçmaq istəsəydi, bunu daha əvvəl, məsələn, 2012 və ya 2013-cü illərdə, Dəməşqin praktiki olaraq mühasirədə olduğu, gündəlik bombardmanlara məruz qaldığı və terrorçuların onun mərkəzinə daxil olmaq təhlükəsi ilə üzləşdiyi vaxtlarda edərdi.
Hafiz Əsəd bildirib ki, prezident ailəsində heç kimin Suriyanı tərk etmək planı (hətta ehtiyat planı kimi də) olmayıb. Lakin dekabrın 7-dən 8-nə keçən gecə hansısa rus məmurunun gəlişindən sonra hər şey dəyişib.
Hafiz Əsəd yazır ki, noyabrın sonunda o, Moskvada dissertasiya müdafiə edib. Anası Əsma və bacısı Zeyn də orada olub.
Dekabrın 1-də vəziyyət pisləşəndən sonra Hafiz Əsəd atası və qardaşı Kərimə kömək etmək üçün Dəməşqə uçub.
Onun sözlərinə görə, Dəməşq yaxınlığındakı atışma Əsəd ailəsindən heç kəsi qorxutmayıb. Çünki bu, müharibənin ilk illərindən alışdıqları tanış reallıq olub.
Hafiz Əsəd ordunun Suriya paytaxtını müdafiəyə getdiyini bildirib. Hətta ordunun Homsdan geri çəkiləcəyi ilə bağlı həyəcanlı xəbərlər çıxanda belə, Əsəd ailəsi getməyə heç bir hazırlıq görməyib.
“Hər şey gecə yarısından sonra dəyişdi. Əl-Malki bölgəsindəki evimizə rusiyalı bir məmur gəldi”, - Hafiz bildirib.
Hafizin sözlərinə görə, bu naməlum məmur dekabrın 7-dən 8-nə keçən gecə Bəşər Əsədin prezident iqamətgahına gəlib və hökumət qoşunlarının silahlı müxalifətə qarşı döyüşlərini izləmək üçün bir neçə gün ərzində Latakiyaya köçmək barədə təcili xahişini çatdırıb.
Dəməşq Beynəlxalq Hava Limanında Bəşər Əsəd və iki oğluna keçmiş prezidentin qardaşı Mahir Əsəd də qoşulub. Onlar gecə saat üçdə Rusiya hərbi təyyarəsi ilə Xmeymim hava limanındakı Rusiya bazasına uçublar.
Enişdən sonra Əsəd ailəsi hava limanından 40 kilometr məsafədə yerləşən Burc İslam bölgəsindəki prezident iqamətgahına getməli idilər. Lakin zənglərə heç kim cavab vermədiyi üçün yaşayış yeri ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.
Eyni zamanda Bəşər Əsədə hərbçilərin cəbhə xəttindən geri çəkildiyi və qalan son mövqelərin də əldən verildiyi barədə xəbərlər gəlməyə başlayıb.
“Gün ərzində Rusiya bazasının komandanlığı bizə vəziyyətin ciddiliyi barədə məlumat verdi. Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil, çünki terrorçular bütün ölkəyə yayılıb, xaotik bir vəziyyət yaranıb, hərbi rəhbərliklə bütün əlaqə kəsilib. Moskva ilə məsləhətləşmələrdən sonra baza komandanlığı bizə bildirdi ki, bizim Rusiyaya təxliyə edilməyimiz tələb olunub. Bir müddət sonra Moskvaya gedən Rusiya hərbi təyyarəsinə mindik və həmin gün axşam oraya çatdıq”, - Hafiz Əsəd yazıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri